Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident!

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Kamboca xalqı adından və şəxsən öz adımdan zati-alinizi, Sizin şəxsinizdə hökumətinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissi duyuram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələri bundan sonra da möhkəmlənəcəkdir.

 

 

Norodom SİAMONİ,

Kambocanın Kralı

 

Azərbaycan.- 2012.- 30 may.- S. 4.