Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 Hörmətli İlham Heydər oğlu!

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Dağıstan Respublikasının Xalq Məclisi adından və şəxsən öz adımdan təbrik edirəm.

Son illərdə Azərbaycan sosial-iqtisadi inkişafdasiyasi sabitliyin qorunub saxlanmasında böyük uğurlar qazanmışdır. Əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. Dağıstanlılar Sizin yaxın qonşularınız olaraq, Rusiya ilə Azərbaycan arasında tarixən yaranmış mehriban qonşuluq münasibətlərinə, xalqlarımız arasında qardaşcasına dostluğun möhkəmlənməsinə və inkişafına verdiyiniz töhfəni xüsusi qiymətləndirirlər.

Sizə möhkəm cansağlığı və səadət, ölkənizin çoxmillətli xalqına sülh və firavanlıq arzulayıram.

 

 

Maqomed-Sultan MAQOMEDOV,

Dağıstan Respublikası Xalq Məclisinin Sədri

 

Azərbaycan.- 2012.- 30 may.- S. 4.