Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
İcazə verin, Sizi və xalqınızı Azərbaycanın milli bayramı - Respublikası Günü münasibətilə ürəkdən təbrik edim.
Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri hər iki xalqlarımızın istəklərinə uyğun olaraq möhkəmlənəcək və inkişaf edəcəkdir. Sizə ölkənizin inkişafı və firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram.
Hörmətlə,
Kim En NAM,
Koreya Xalq Demokratik
Respublikası Ali Xalq
Məclisi Rəyasət Heyətinin
Sədri
Azərbaycan.- 2012.- 30 may.- S. 4.