“Sabah” qəzeti: Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın sədrlik
etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi
inanılmaz və möhtəşəm bir
işə imza atmışdır
Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi günlərdə Azərbaycan bütün dünyanın diqqətini özünə cəlb etmişdir. Nüfuzlu xarici KİV Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi haqqında materialları dərc etməyi davam edirlər.
Türkiyənin "Sabah" qəzetinin şərhçisi Bilge Eser məqaləsində yazır: "Bu ilin tədbiri müşahidə etdiyim bütün "Eurovision" müsabiqələri arasında məni daha çox heyrətləndirmişdir."
"Azərbaycandan "Eurovision" dərsi" sərlövhəli məqalədə müəllif qeyd edir: "Bir həftədir "Eurovison" ilə nəfəs alan Azərbaycan möhtəşəm bir şou ilə tarixin ən gözəl təşkilatçılığına imza atmışdır. Azərbaycana addım atdığım ilk gündən bütün ölkənin "Eurovision" ilə yaşadığını gördüm. Burada radio və televiziya kanalları, küçələr, geyimlər - bir sözlə, hər şey "Eurovision" ilə bağlı idi. İyirmi beş min nəfər "Baku Crystal Hall"da, qalanları isə ya evlərində, ya da ki, müxtəlif yerlərdə Bakıda keçirilən möhtəşəm şounu izləmişlər".
B.Eser yazır: "Vaxt keçdi. Əvvəl səhnəyə Azərbaycan təmsilçisi
Səbinə Babayeva, sonra da Türkiyədən
Can Bonomo çıxmışlar.
Hamı ayaq üstə onları alqışlayırdı.
Bayraqlar,
həyəcan və sevinc dolu qışqırıqlar,
rəqslər bir birinə qarışmışdır.
Can Bonomo səhnədə
mahnısını ifa
edərkən gözlərimin
dolduğunu hiss etdim.
O, birinci olmasa da, həm mənim,
həm də bütün azərbaycanlıların
könüllərinin birincisi
idi. İfalar bitdikdən sonra
səsvermə başlamışdır".
Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrlik etdiyi
"Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat
Komitəsinin inanılmaz
və möhtəşəm
bir işə imza atdığını
vurğulayan müəllif
qeyd etmişdir ki, bu möhtəşəm
tədbirdən hamı
ağız dolusu danışırdı. Hamı
Bakıda keçirilən
"Eurovision-2012"ni müsabiqənin
tarixində nadir hadisə
adlandırmışlar. Onlar
bu günədək ən möhtəşəm
şounun Bakıda
keçirildiyini demişlər.
B.Eser yazır: "Azərbaycan
yeni görkəmini əvvəl Avropaya, sonra da bütün
dünyaya tanıtma fürsətindən sona qədər çox yaxşı istifadə etmişdir. Ölkə namizəd olduğu
sonrakı idman yarışları üçün
də qızıl fürsət əldə etmiş olmuşdur".
AzərTAc
Azərbaycan.- 2012.- 30 may.- S. 4.