S.İ.Bəktaşinin
Azərbaycan Respublikası Ali Məhkəməsinin
hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi
təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Səadət İnayət qızı Bəktaşi vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.
II. Səadət İnayət qızı Bəktaşi Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.
III. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Oqtay ƏSƏDOV,
Azərbaycan
Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 29 may 2012-ci il
Azərbaycan.- 2012.- 30 may.- S. 5.