Bakı Dövlət Universitetində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir

 

Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

AzərTAc xəbər verir ki, professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, 23 aydan sonra süquta uğramasının səbəblərindən bəhs etmişdir. 

Rektor müasir  müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi  xidmətlərini diqqətə çatdırmışdır. 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor  Əli Həsənov "Azərbaycanın milli inkişaf siyasəti, xarakteristikası, əsas vəzifələri və tələbləri" mövzusunda məruzə etmişdir.

Ə.Həsənov bildirmişdir ki, hər bir dövlətin daxilixarici vəziyyətini, milli maraq dairələrini, onların təminatını, beynəlxalq aləm və region ölkələri ilə münasibətlərinin taktikasını, vəzifələrini, yollarını, vasitələrini, ehtiyatlarını, onu əhatə edən geosiyasi  subyektlərin hərəkətlərini və buna müvafiq olaraq geosiyasi davranışını müəyyən edən milli inkişaf strategiyası olur. Bu strategiya ölkənin həyata keçirdiyi praktiki daxilixarici siyasətin, ölkədaxili ictimai-siyasi, milli-etnik, sosial-dini sabitliyin, yaxın və uzaq ölkələrlə geosiyasi münasibətlərin davamlı, təhlükəsiz inkişafını təmin edən əsas vasitədir. Milli inkişaf strategiyası bir-biri ilə eyni statusda olan milli inkişafmilli təhlükəsizliyin əsas ölçüləri və tələblərini əks etdirir. Hər iki sahə üzrə ayrıca konsepsiyanın yaradılması və həyata keçirilməsini bir vəzifə kimi hər bir dövlətin qarşısına qoyur.

Azərbaycan xalqının müstəqillik yolu, milli inkişafı və dövlət quruculuğu prosesi bir sıra mühüm daxilixarici amillərlə şərtlənir. Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə edərək 1991-ci ildə  milli iradəsini ortaya qoydu, yenidən istiqlal haqqına qovuşaraq müstəqil dövlətini bərpa etdi və BMT üzvü olan müstəqil dövlətlər sırasına qoşuldu. Bu hadisə Azərbaycan xalqının indiyə qədərki malik olduğu ən böyük tarixi nailiyyəti hesab olunur.

Müstəqillik tarixinin araşdırılması ümummilli liderimiz Heydər Əliyevin belə bir əsaslı fikrini təsdiq edir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması, yaşadılması, daimi və əbədi edilməsi bundan da çətindir. 1992-ci ildəki müraciətlərindən birində ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı, həsrətini çəkdiyi günlər gəlib çatmışdır. Müstəqilliyi qazanmaq, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi qorumaq, əldə saxlamaq, möhkəmləndirmək dövlətin tam müstəqilliyinə nail olmaq, vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat şəraiti təmin etmək daha çətin vəzifədir. Dünya təcrübəsi və Azərbaycanın dövlətçilik tarixinin qısa təhlili göstərir ki, müstəqilliyə qovuşmaq, milli dövlət yaratmaqonu yaşatmaq üçün üç əsas şərtin olması vacibdir. Bunlar müstəqillik üçün mövcud daxilixarici şəraitin yetişməsi, müstəqillik qazanmaq, onu qorumaqyaşatmaq üçün xalqın milli iradəsinin ortaya qoyulması, vahid milli məqsəd ətrafında birləşməsi və həmin dövr üçün millətin vahid milli ideyasının və iradəsinin daşıyıcısı rolunu oynayan insanları səfərbər edərək öz arxasınca aparmaq gücünə və qabiliyyətinə malik, cəmiyyətin əksər təbəqələrinin qəbul etdiyi milli liderin olmasından ibarətdir. Bəşər tarixində buya digər xalqların, ölkələrin müstəqilliyi üçün lazımi tarixi şəraitin yetişməsi, ayrı-ayrı dövrlərdə müxtəlif forma və məzmunda özünü büruzə vermiş və bəhs olunan mövcud zaman və məkanın spesifik ölçüləri əlverişli daxili və xarici amilləri ilə ölçülmüşdür. Milli iradəni ortaya qoymaqmilli məqsəd uğrunda birləşmək bütün zaman və məkanlarda bir qayda olaraq, ölkə əhalisinin tam əksəriyyətinin birlik, vahidlik və qətiyyətlilik əmsalı hesab olunmuşdur. 

Müstəqilliyə qovuşması ilə Azərbaycanın milli inkişaf siyasəti birdən-birə yaranmamış və bir neçə mərhələdən keçərək tədricən formalaşmışdır. Siyasi ədəbiyyatda bəzi xarakterik xüsusiyyətlərinə görə Azərbaycanın müstəqil dövlət quruculuğunumilli inkişafını bir neçə mərhələyə bölürlər. Birinci mərhələ Azərbaycanın müstəqillik haqqında Konstitusiya aktının qəbul edilməsindən 1993-cü ilə - ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsinə qədərki dövrü əhatə edir. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində SSRİ-nin süqutunun qarşısıalınmaz prosesə çevrilməsi, beynəlxalq aləmdə yaranan əlverişli tarixi şərait, bölgədə cərəyan edən mərkəzdənqaçma meyillərinin vüsət alması, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həllində o zamankı sovet rəhbərliyinin ermənipərəst mövqeyi, ermənilərin yaranmış boşluqdan bəhrələnərək Azərbaycan torpaqlarını bir-birinin ardınca işğal etməsi və s. hadisələr Azərbaycanda azadlıq hərəkatına rəvac verdi. Həmin vaxt ölkənin müstəqilliyinin elan olunması və müstəqil dövlət qurulması üçün əsas olan iki şərt  tam yetişmişdi. Birinci şərt əlbəttə ki, şərait, ikinci də xalqın iradəsinin ortaya qoyulması. Bəhs olunan dövrdə SSRİ-nin ali siyasi rəhbərliyində yaranan böhranlı vəziyyət və Moskvada yaşanan siyasi qarşıdurmadan istifadə edən bir çox keçmiş müstəqil respublikalar, o cümlədən Azərbaycan öz müstəqilliyini elan etdi. 1991-ci il oktyabrın 18-də respublika Ali Sovetində müstəqillik haqqında Konstitusiya aktı qəbul edildi. Lakin həmin dövrdə həm ölkənin, həm də xalq hərəkatını idarə edənlərin, dövlət qurumlarının aydın milli inkişaf konsepsiyasının olmaması, respublikaya  rəhbərlik edən şəxslərin müstəqillik və milli dövlət idarəçiliyi iradəsinin zəifliyi, ölkədə sabitliyiqanunçuluğu bərpa edə bilməməsi, siyasi mübarizənin milli vətəndaş qarşıdurması müstəvisinə keçməsi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğal edilməsi və yerli əhalinin qaçqın-köçkünə çevrilməsi, iqtisadi-siyasi sosial-mədəni böhranın getdikcə dərinləşməsi və s. Azərbaycanı ciddi təhlükə ilə üz-üzə qoydu. Əhalinin gələcəyinə, müstəqil dövlətçiliyinə inamını sarsıtdı. Bu dövrdə Azərbaycanın milli azadlıq hərəkatı və müstəqil dövlət quruculuğu proseslərinə rəhbərlik etmək iradəsinə, gücünə və qabiliyyətinə malik, əhalinin əksəriyyət tərəfindən qəbul edilən və dəstəklənən milli liderə olan ehtiyac açıq-aşkar özünü göstərməyə başladı. Bu lider 1990-cı ildən Naxçıvan əhalisinin iradəsi ilə Azərbaycan Ali Sovetinə deputat və 1991-ci ildə muxtar respublikanın Ali Məclisinə sədr seçilən Heydər Əliyev oldu.  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyət dairələri tərəfindən Heydər Əliyev Bakıya dəvət olundu. İyunun 15-də Ali Sovetin sədri, oktyabrın 3-də isə Prezident seçilərək yenidən Azərbaycanın siyasi sükanı arxasına keçən Heydər Əliyev ölkənin milli inkişafının üçüncü əsas şərtinə layiq lider tələbini təmin etdi. Heydər Əliyevin hakimiyyətə gəlməsi və ölkənin milli inkişafının yeni ikinci mərhələsi başlandı. Tədqiqatçıların fikrinə görə, bu mərhələdə Azərbaycanın milli inkişaf siyasətinin gələcək ictimai-siyasi, iqtisadi və mənəvi inkişafının əsası qoyuldu. Daxilixarici siyasətin məqsəd və vəzifələri, prinsip və xüsusiyyətləri, əsas istiqamətləri və prioritetləri müəyyən edildi. Mütəxəssislər hesab edirlər ki, Heydər Əliyevin Azərbaycanın gələcək müstəqil milli inkişafı ilə bağlı siyasi dünyagörüşükonseptual yanaşması ilk dəfə hələ SSRİ dağılmamışdan da qabaq 1991-ci ilin əvvəllərində Azərbaycan parlamentinin tribunasında səsləndirdiyi fikirlərdə öz əksini tapmışdır. Azərbaycanın yeni şəraitdəki inkişafı ilə bağlı onun həmin dövrdə parlament müzakirələrində səsləndirdiyi fikirlər təklif və mülahizələr müstəqilliyə doğru uzanan yolda rastlaşan yeganə praqmatik uzaqgörən fəaliyyət proqramı idi. Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin milli inkişafı ilə bağlı praktiki addımları - ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi inkişafının məqsəd və vəzifələrinin müəyyən edilməsi ölkə həyatının bütün sahələrində keçmiş sosialist normalarından imtina edilməsi və yeni prinsiplərə söykənən dövlət quruculuğu proseslərini həyata keçirməsi, milli dövlətin əsas atributlarının yaradılması və s. SSRİ-nin dağılmasından bir qədər əvvəl - 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilməsi ilə başlanmış və 1993-cü ildən isə Azərbaycan Respublikasının Prezidenti kimi davam etdirilmişdir.

Müstəqil Azərbaycan dövlətinin  sükanı arxasına keçəndən sonra Heydər Əliyev ölkənin milli ruhlu, qlobal düşüncəli və dövlət təfəkkürlü vətəndaşlarını, bütün sağlam qüvvələri  ətrafına toplayaraq dövlətin gələcək iqtisadi, ictimai-siyasi, sosial-mənəvi prinsiplərini, məqsəd və vəzifələrini müəyyənləşdirdi, onun keçmiş sosialist ictimai-siyasiiqtisadi sistemindən yeni hüquqi dövlət quruluşuna, azad bazar iqtisadiyyatı və çoxmülkiyyətli iqtisadiyyata, demokratik normalarasiyasi plüralizmə əsaslanın vətəndaş cəmiyyəti modelinə keçidinin konseptual əsaslarını yaratdı və 1995-ci ildə qəbul olunmuş ölkə Konstitusiyasına daxil etdi.

Heydər Əliyevin milli inkişaf siyasətindən danışan Ə.Həsənov bildirmişdir ki, bu siyasətin əsasında hüquqi dövlət, demokratik inkişafsiyasi plüralizmə əsaslanan cəmiyyətin yaradılması dayanırdı. Bu istiqamətdə 1993-cü ildə həyata keçirilən tədbirlər, atılan ən mühüm addımlar milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, azad plüralizm cəmiyyət quruculuğu, qeyri-hökumət strukturlarının və müstəqil mətbuatın yaradılması ilə bağlı çoxsaylı işlər 1995-ci ildə demokratik normaları özündə əks etdirən yeni Konstitusiyanın qəbulu, çoxpartiyalı sistemin bərqərar olunması, onun əsasında ilk parlament seçkilərinin keçirilməsi və demokratik parlament yaradılması, mətbuat və informasiya üzərində bütün dövlət tənzimləyici mexanizmlərinin və senzuranın ləğvi həm milli inkişafı sürətləndirdi, həm də ölkənin dünyadakı demokratik imicini formalaşdıraraq beynəlxalq ictimaiyyətə onunla daha geniş əməkdaşlığa ruhlandırdı.

Heydər Əliyev tərəfindən düzgün təməli qoyulmuş xarici siyasət kursu 2011-ci il oktyabrın 24-də Azərbaycana dünyanın 150-dən çox ölkəsinin dəstəyini qazandırmış və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinə şərait yaratmışdır. 

Heydər Əliyevin zəngin siyasi irsinin dövlətçilik təcrübəsi barədə danışan Ə.Həsənov qeyd etmişdir ki, ulu öndərin  müstəqillik dövrünün 1993-2003-cü illəri əhatə edən keçid mərhələsində Azərbaycanın milli inkişaf siyasətinin həm nəzəri əsaslarını qoydu, həm də onu praktiki şəkildə reallaşdıraraq dövlət müstəqilliyinin dönməzliyini təmin etdi. Heydər Əliyevin milli inkişaf təlimi Azərbaycandakı bütün sonrakı proseslərin təməlində dayanır və bundan sonra da dayanacaqdır. Onun Azərbaycan xalqının dövlətçilik ənənələrinə söykənərək 1993-cü ildə müəyyənləşdirdiyi siyasi kurs əsasını qoyduğu demokratikhüquqi dövlət idarəçiliyi forması 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyaya daxil edilmiş və 2003-cü ilə qədər ulu öndərin özü tərəfindən həyata keçirilmişdir. Təsadüfi deyildir ki , 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və 1993-2003-cü illərdə həyata keçirdiyi milli inkişaf siyasətinin heç bir alternativi olmadığını, bu strateji inkişaf kursunun bundan sonra da dönmədən davam etdiriləcəyini birmənalı şəkildə bəyan etmişdir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Hazırda respublika öz inkişafının keçid dövrünü başa vuraraq sosial-iqtisadi, mənəvi və s. sahələrdə yeni mərhələyə qədəm qoymaqdadır.

Azərbaycanda qazanılan nailiyyətlərdən danışan Ə.Həsənov bildirmişdir ki, ölkəmizin gələcək milli inkişaf siyasətinin əsas və uzunmüddətli perspektivləri ilə bağlı vahid konsepsiyanın hazırlanması, strateji inkişafın gələcək istiqamətlərinin prinsip və vəzifələrinin müəyyənləşdirilməsi müasir Azərbaycan dövlətinin qarşısında dayanan əsas vəzifələrdən biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin  "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə"   2011-ci il  29 noyabr tarixli xüsusi sərəncamı məhz bu məsələni qarşıya vəzifə kimi qoyur. 

Sərəncamın əhəmiyyətini xatırladan Ə.Həsənov vurğulamışdır ki, ulu öndər Heydər Əliyev siyasi irsi və müəyyən etdiyi uğurlu inkişaf siyasəti yaşayır və uğurla həyata keçirilir.

Çıxış edən alimlər Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikir və mülahizələrini söyləmiş, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində müasir Azərbaycanın dinamik inkişaf etdiyini, dünyanın öndə gedən ölkələrindən birinə çevrildiyini  bildirmişlər. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 30 may.- S. 7.