Tallinndə AXC-nin yaranmasının 94-cü ildönümü qeyd edilmişdir

 

28 May - Respublika Günü münasibətilə mayın 28-də Tallinn şəhərində yerləşən "Gül pavilyonu"nda səfirlik tərəfindən rəsmi qəbul keçirilmişdir.

Azərbaycanın Estoniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, qəbulda Estoniyada akkreditə olunmuş diplomatik korpusla yanaşı, Estoniyanın sabiq prezidenti Arnold Rüütel, Estoniya parlamentinin üzvləri, hökumət rəsmiləri, aparıcı media qurumlarının rəhbər və nümayəndələri, tanınmış ictimai xadimlər, adamları və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər. NATO Parlament Assambleyasının yaz sessiyası ilə əlaqədar Tallinn şəhərində səfərdə olan Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Z.Əsgərovun rəhbərlik etdiyiMilli Məclis üzvləri S.Novruzov, T.Süleymanov və Q.Həsənquliyevdən ibarət nümayəndə heyəti, eləcə də digər ölkələrin nümayəndə heyətlərinin üzvləri də rəsmi qəbulda iştirak etmişlər.

Qəbulda səfir T.Zülfüqarov ölkəmizin sürətli inkişafı və keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və onun nəticəsində torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyibir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, habelə Estoniyanın Azərbaycanın ərazi bütövlüyüsuverenliyini dəstəklədiyinə dair tutduğu prinsipial mövqeyi haqqında ətraflı məlumat vermişdir.

Səfirin çıxışından sonra Estoniyada fəaliyyət göstərən "Qratsia" rəqs studiyası Azərbaycan milli rəqslərini ifa etmiş, Azərbaycan milli musiqisinin müşayiəti ilə qonaqlara Azərbaycan və Bakı haqqında səfirliyin xüsusi olaraq hazırladığı 90 dəqiqəlik videofilm nümayiş etdirilmişdir.

Qəbulda həmçinin qonaqlara "Bakı" "IRS-Heritage" jurnalları paylanmışdır.

May ayının 27-də Tallinn şəhərində yayımlanan "KK FM" radiosunun "Səyahət yolu" proqramı zamanı Azərbaycana həsr olunmuş bir saatlıq veriliş olmuşdur. May ayının 28-də Estoniyada yayımlanan "Tallinna" "TVN" telekanallarında "prime-time" zamanı Azərbaycan haqqında bir saatlıq sənədli film nümayiş etdirilmişdir.

Səfirliyin keçirdiyi rəsmi qəbul yerli media vasitələrində işıqlandırılmaqdadır. Rəsmi qəbuldan dərhal sonra Estoniyada ən oxunan www.ohtuleht.ee informasiya internet portalında tədbirdən hazırlanmış geniş fotoreportaj dərc olunmuşdur.

 

 

Nigar HÜSEYNOVA

 

Azərbaycan.- 2012.- 30 may.- S. 7.