Dünya mətbuatı Bakıda keçirilmiş Eurovision – 2012ni müsabiqənin tarixində nadir hadisə adlandırmışlar

 

Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi günlərdə Azərbaycan bütün dünyanın diqqətini özünə cəlb etmişdir. Nüfuzlu xarici KİV Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi haqqında materialları dərc etməyi davam edirlər.

AzərTAc onların bir neçəsinin xülasəsini təqdim edir.

Türkiyənin "Hürriyyət" qəzetinin şərhçisi Ertoğrul Özkök öz məqaləsində vurğulayır ki, bu ilin tədbiri müşahidə etdiyi bütün "Eurovision" müsabiqələri arasında onu daha çox heyrətləndirmişdir.

"Afərin, Azərbaycan. Bu, misli görünməmiş bir başlanğıc idi. Neçə il "Eurovision"a baxmışam, bir o qədər həyəcan keçirmişəm. Türkiyəni dəstəkləyərkən salonlara, mərasimlərin açılışına diqqət yetirmirdim. Sonra salonlara, açılış mərasimlərin kreativliyinə diqqət yetirməyə başladıq təkcə musiqi deyil, həm tədbirin təşkili baxımından ölkələr arasında fərqləri hiss etməyə başladıq. İllər keçdi Avropanın sərhədləri genişləndi. "Eurovision"un bu dərəcədə gözəl açılışını indiyədək görməmişdim".  

Müəllif yazır: "Afərin, Azərbaycan! Çox gözəl başlanğıcdır! Əminəm ki, nəticə çox gözəl olacaqdır!"

Bakı "Eurovision-2012" müsabiqəsini şərh edən "Frans Press" agentliyi yazır: "Azərbaycanın paytaxtı Bakı çox gözəl şəhərdir. Əgər kimsə Bakının dəbdəbəyə olan məhəbbətinə şübhə edirsə, arxaya boylanıb səmaya ucalan "Flame Towers"a baxsın. Binaların fasadından "Eurovision-2012"nin rəmzləri bayrağın təsvirləri non-stop sayrışır. Hələ neft buruğu şəklində neon işıqlarına qərq olmuş saat qülləsindən danışmırıq".

Məqalənin müəllifi qeyd edir ki, Bakı "Eurovision-2012" mahnı müsabiqəsini möhtəşəm təşkil etmişdir. "Eurovision"un loqotipləri həm avtobuslarda, həm London taksilərində olmuşdur.

Rusiya KİV-i Bakıda keçirilmiş

"Eurovision-2012"ni müsabiqənin  tarixində nadir hadisə adlandırmışlar.

"Qolos Rossii" radiosunun saytında yerləşdirilmiş məqalədə deyilir: "Məsələ təkcə keçirilən yerdə deyildir. Avropanın müxtəlif guşələrindən Bakıya bura gəlmiş iştirakçıların, jurnalistlərin tamaşaçıların sözlərinə görə, hər şey ən yüksək səviyyədə təşkil edilmişdir. Hər kəsi məftun etmiş ənənəvi Qafqaz qonaqpərvərliyindən heç danışmırıq".  

Məqalədə vurğulanır ki, "Eurovision-2012"nin final mərhələsi iki həftəlik  marafonun zirvəsidir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 30 may.- S. 11.