Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, əziz dost!

 

Sizi və qardaş Azərbaycan xalqını dövlət bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Gürcüstan ilə Azərbaycanı dərin tarixi tellər bağlayır. Biz həmişə, bütün dövrlərdə mehriban qonşuluq, dostluq və qardaşlıq şəraitində yaşamışıq. Bizim ümumi keçmişimiz var və ümumi çağırışlar qarşısındayıq. Bu gün bizim münasibətlərimiz tamamilə yeni səviyyədə - strateji tərəfdaşlıq səviyyəsindədir.

Əminəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da Sizin rəhbərliyiniz altında səmərəli inkişaf edəcək, regionumuzda sülh və sabitliyin bərqərar olmasına, firavanlığa şərait yaradacaqdır.

Fürsətdən istifadə edib, Sizə ən dərin hörmətimi bildirirəm. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına səadət və firavanlıq arzulayıram.

 

 

Səmimiyyətlə, Sizin

 

Mixeil SAAKAŞVİLİ,

Gürcüstan Prezidenti

 

Azərbaycan.- 2012.- 31 may.- S. 6.