Respublikamız
dünyanın taleyini müəyyənləşdirən
fövqəldövlətlərlə bir
sırada addımlayır
Müstəqillik tariximizin
mühüm siyasi-diplomatik zəfəri
Dünyada mövcud olan dövlətlərin hamısına
müstəqil şəkildə
yaşamaq nəsib olmur. Vaxtı ilə babalarımız
millətlər içərisində
imza axtarırdı.
Artıq
bizim imzamız dünya xalqlarının içərisində nəinki
imza şəklində
tanınıb, hətta
digər millətlərin
həyatına, tarixinə
təsir etmək imkanına malik imzaya çevrilib.
BMT Təhlükəsizlik Şurasına Azərbaycanın
sədrlik etməsi isə tariximizin ən yaddaqalan anlarından hesab olunur.
Adıçəkilən qurumda Azərbaycanın səlahiyyət sahibi olması onu göstərir ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan böyük dövlətlərlə
birgə addımlayır.
Hələ vaxtı ikən Xalq Cümhuriyyətinin apardığı siyasət
ondan ibarət idi ki, ölkəmiz
dünya dövlətləri
tərəfindən tanınsın. Ancaq bəzi
dövlətlərin laqeyd
münasibəti nəticəsində
Xalq Cümhuriyyətinin
taleyi uğursuz sonluqla bitdi. Bu gün isə
Azərbaycan dünyanın
ən mötəbər
təşkilatlarının üzvüdür və öz müstəqilliyini,
dövlətçiliyini qoruyaraq
haqq səsini dünyaya çatdıra bilir. BMT Təhlükəsizlik
Şurasına qəbul
və bu quruma sədrlik etmək isə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu
xarici siyasətin təntənəsidir. Hesab edirəm
ki, bu dövr
ərzində Azərbaycan
dünyaya tanınmaq istiqamətində müsbət
nailiyyətlər qazanacaq
və ərazilərinin
işğal altında
olması faktını
bir daha böyük dövlətlərə
xatırladacaq, BMT-nin qəbul etdiyi məlum 4 qətnamənin
icrasını tələb
edəcək.
Azərbaycanın təşəbbüsü ilə
"Terror aktlarının beynəlxalq
sülh və təhlükəsizliyə yaratdığı
təhdidlər" mövzusunun
BMT Təhlükəsizlik Şurasının
gündəliyinə salınması
isə uğurlu addım kimi dəyərləndirilir. Bu mövzu hazırda dünyada çox aktual olan məsələdir.
Çünki Azərbaycan terrora
məruz qalmış
bir ölkədir.
Ermənistanın silahlı qüvvələri
və eyni zamanda bu ölkənin
himayəsində olan
terror təşkilatlarının yüzlərlə azərbaycanlını
qətlə yetirməsi,
Bakıda terror aktları
törətməsi faktları
onu göstərir ki, terror hədəflərindən
biri də Azərbaycandır. İndi BMT Təhlükəsizlik
Şurasında terrorçu
bir rejimin ifşa olunması üçün münbit
şərait yaranıb.
Azərbaycanın uğurlu xarici
siyasəti nəticəsində
dünya dövlətləri
bir daha Ermənistanın terrorçu
dövlət olduğunun
şahidi olacaq.
Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru,
professor
Azərbaycan.- 2012.- 15 may.- S. 5.