Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

 

Xahiş edirəm, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimi qəbul edin. Litva xalqı adından və şəxsən öz adımdan Sizə cansağlığı, xoşbəxtlik və rifah arzulayıram.

Ümid edirəm ki, Litva ilə Azərbaycan arasında iqtisadi, mədəni, enerji, siyasi və sosial sahələrdə mövcud müsbət və praqmatik əlaqələr daim genişlənəcəkdir. Qəti əminəm ki, ikitərəfli əlaqələrimiz nəinki Litva və Azərbaycan xalqlarının təhlükəsizliyi və rifahını möhkəmləndirməyə kömək edəcəkdir, həmçinin Baltik dənizindən Xəzər dənizinədək bütün regionda əməkdaşlığı genişləndirməyə töhfə verəcəkdir.

Bir daha Respublika Günü münasibətilə təbriklərimi çatdırmaq istərdim.

Cənab Prezident, xahiş edirəm dərin ehtiramımı qəbul edin.

 

 

Xanım Dalya QRİBAUSKAYTE,

Litva Respublikasının Prezidenti

 

Azərbaycan.- 2012.- 31 may.- S. 6.