Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan Zati-alinizə, eyni zamanda, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xalqınıza davamlı tərəqqi arzu edirəm. Əminəm ki, ölkələrimiz arasında mövcud olan gözəl əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənməkdə davam edəcəkdir.

 

 

Corc ABELA,

Malta Respublikasının Prezidenti

 

Azərbaycan.- 2012.- 31 may.- S. 6.