Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Şri-Lanka
hökuməti və xalqı adından Azərbaycanın milli
bayramı - Respublika Günü münasibətilə Sizə,
Azərbaycan xalqına və hökumətinə ən səmimi
təbriklərimi çatdırmaqdan məmnunam.
Ümid
edirəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri
və sıx əməkdaşlıq bundan sonrakı illərdə
də möhkəmlənəcəkdir.
Zati-aliləri,
Sizə möhkəm cansağlığı və xoşbəxtlik,
Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu
edirəm.
Mahinda RACAPAKSA,
Şri-Lanka Demokratik Sosialist
Respublikasının Prezidenti
Azərbaycan.- 2012.- 31 may.- S. 6.