Prezident İlham Əliyevin timsalında Azərbaycan artıq dünyada söz sahibi kimi qəbul edilir

 

Müstəqillik tariximizin mühüm siyasi-diplomatik zəfəri

 

Müstəqillik əldə etmiş bir dövlətin beynəlxalq münasibətlər sistemində qısa müddətdə böyük uğurlara imza atması politoloji təcrübədə nadir hadisədir. Hətta bu gün elə dövlətlər var ki, mövcud nüfuz inkişaf səviyyələrinə çatmaq üçün 50 il, 100 il qət etməli olublar. Məsələyə bu prizmadan yanaşdıqda hər birimizin vətənimiz Azərbaycanın uğurları ilə öyünməyə mənəvi haqqımız var. Biz müstəqilliyin cəmi 20 ilini geridə qoymuşuq, lakin bu qısa dövr ərzində öz gərgin zəhmətimiz sayəsində qazandığımız hər bir uğurla bütün dünyaya örnək olmuşuq.

Bu uğurların kökündə isə müasir Azərbaycan dövlətinin yaradıcısı, böyük strateq Heydər Əliyevin ölkəmizin gələcək inkişafı naminə müəyyən etdiyi siyasi kursun uğurla həyata keçirilməsi, vaxtilə ulu öndər tərəfindən müəyyən edilmiş hədəflərin dəf edilməsi dayanır. Heydər Əliyev siyasi yolunun ən layiqli davamçısı Prezident İlham Əliyevin ötən 9 ildə dünyanın nəbzini tutmaqla, çağdaş dövrün çağırışları ilə uzlaşmaqla həyata keçirdiyi siyasət Azərbaycana regionun lider dövləti statusunu qazandırıb.

Ötən il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin bu statusu uğurla, layiqincə daşıdığını nümayiş etdirdi. Bu gün ölkəmizin BMT-nin ən ali qurumunda təmsil olunması Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin məntiqi nəticəsi, ölkəmizin dünyadakı siyasi nüfuzunun göstəricisidir. İndi Azərbaycan BMT Təhlükəsizlik Şurasının 15 üzvündən biri kimi dünyanı narahat edən problemlərin müzakirəsində öz sözünü deyir.

Bu ilin yanvarından BMT TŞ- səlahiyyətlərinin icrasına başlayan Azərbaycan may ayından etibarən həm Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb. Bunu Azərbaycanın BMT zəfərinin növbəti mərhələsi hesab etmək olar. Dünyanı narahat edən problemlərin, qlobal məsələlərin müzakirə edildiyi belə bir quruma sədrlik etmək hər bir ölkə üçün olduqca qürurverici haldır. Bu həm ölkənin beynəlxalq nüfuzuna təsir edən mühüm məsələdir. Artıq Azərbaycan Təhlükəsizlik Şurasının gündəliyini müəyyən edir.

Mayın 4-də Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrlik etməsi isə Azərbaycanın müstəqillik tarixinə möhtəşəm hadisə kimi düşdü. Çünki ilk dəfə olaraq Azərbaycan Prezidenti BMT TŞ-nin iclasına sədrlik edirdi, ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə dünyanın ən mötəbər qurumunda məsələ müzakirə olunurdu. Həmin iclasda BMT-nin baş katibi Pan Gi Munun iştirak etməsi isə Azərbaycana onun rəhbərinə göstərilən xüsusi ehtiramın nümunəsidir. Azərbaycan Prezidentinin müzakirəyə təqdim etdiyi "Terror aktlarının beynəlxalq sülh təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusu ilə əlaqədar müzakirələrdə həm BMT baş katibinin, həm ABŞ Almaniya kimi böyük dövlətlərin təmsilçilərinin çıxış etmələri isə göstərdi ki, ölkəmiz BMT TŞ- məhz sülh çağırışlarını tərənnüm edir.

BMT TŞ- sədrlik etmək həm böyük məsuliyyətdir. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasına sədrliyi zamanı çıxışında bu barədə deyib: "Ölkəmizin böyük tarixi, mədəniyyəti adət-ənənələri vardır. Lakin müstəqil ölkə kimi bizim hələ iyirmi yaşımız vardır. Bu illər dəyişikliklər, inkişaf dünyaya təqdimat illəri olmuşdur. Namizədliyimizin 155 ölkə tərəfindən dəstəklənməsi faktı bir tərəfdən göstərir ki, biz özümüzü təqdim etməyi bacardıq. Eyni zamanda, bu, beynəlxalq ictimaiyyətin bizə verdiyi dəstəyi, bizə olan etimadı inamını nümayiş etdirir, bu məsuliyyəti bizə həvalə edir. Sizi əmin edə bilərəm ki, biz bu məsuliyyəti üzərimizə götürməyə hazırıq. Bizə etimad göstərənlərin etimadını doğruldacağıq əlimizdən gələni edəcəyik ki, hamımız üçün daha da proqnozlaşdırılan təhlükəsiz dünyanı yaradaq".

Azərbaycan bu ilin may ayı ilə yanaşı gələn ilin sentyabr ayında da BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Təhlükəsizlik Şurasının üzvü kimi qlobal məsələlərin müzakirəsində öz sözünü qətiyyətlə deyən Azərbaycan həm TŞ- sədrlik etməklə bu prosesin fəal iştirakçısına çevriləcək. Azərbaycanın beynəlxaq nüfuzunun daha da yüksəlməsinə xidmət edən bu diplomatik uğurlar ölkəmizin üzləşdiyi problemlərin yoluna qoyulması istiqamətində mühüm əhəmiyyət kəsb edəcək.

 

 

Rafiq MƏMMƏDHƏSƏNOV,

Milli Məclisin deputatı, tibb

elmləri doktoru, professor

 

Azərbaycan.- 2012.- 15 may.- S. 5.