Bakıda sahibkarlar və gənc menecerlər üçün treninqlər keçirilmişdir

 

Mayın 30-da İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər üçün "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu" və "Biznes-planların hazırlanması üzrə yaradılmış xüsusi proqram təminatından istifadə" mövzularında treninqlər keçirilmişdir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, treninqlərdə İİN-in, Tədris Mərkəzinin əməkdaşları, eləcə də Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər iştirak etmişlər.

Treninqlərdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" proqramının ("GSP+") əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası barədə ətraflı məlumat verilmişdir. Həmçinin elektron ticarət və onun əhəmiyyəti, mahiyyəti və prinsipləri,  beynəlxalq təcrübə, biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə ətraflı məlumat verilmiş, www.b2b.az elektron ticarət portalının təqdimatı keçirilmişdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 31 may.- S. 9.