Rusiyanın “Kommersant” qəzeti:
“Azərbaycan öz
müstəqilliyi tarixində Qərbin mədəni
paradiqmasına inteqrasiyanın ən sanballı nümunəsini
göstərmişdir”
İndiyə qədər "Eurovision" mahnı müsabiqəsi keçirilmiş ən ucqar Şərq ölkəsi olan Azərbaycan həmin müsabiqənin keçirilməsinə 64 milyon dollar xərcləmişdir. Bu, 2009-cu ildə Rusiyanın "Eurovision" mahnı müsabiqəsinə xərclədiyi məbləğdən 1,5 dəfə çoxdur".
Bu sözlər Rusiyanın nüfuzlu "Kommersant" qəzetindən götürülmüşdür. Qəzet yazır ki, nəqliyyat magistrallarının və şəhər tikililərinin yenidən qurulması üçün çəkilmiş bütün dolayı xərcləri də cəmləsək, alınan məbləğ 70 milyon dollardan çoxdur. Beləliklə, 57-ci "Eurovision" tarixdə ən bahalı mahnı müsabiqəsi olmuşdur. "Eurovision" mahnı müsabiqəsinin salnaməsinə nəzər salsaq, xatırlayarıq ki, ilk müsabiqələr teatrlarda, televiziya studiyalarında və bal salonlarında keçirilirdi, budəfəki forum isə dövlətin qeyri-adi geniş miqyaslı kampaniyası fonunda dəbdəbəli "Baku Crystal Hall" sarayında keçirilmişdir.
Məqalə müəllifi yazır ki, xarici ölkələrdəki islam ictimaiyyətinin qəzəblənməsinə, Ermənistanın müsabiqəyə qoşulmaqdan imtina etməsinə və dünyadakı hüquq-müdafiə təşkilatlarının gurultulu bəyanatlarına baxmayaraq, Azərbaycan öz müstəqilliyi tarixində Qərb mədəniyyətinə inteqrasiyanın ən sanballı nümunəsini göstərmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 31 may.- S. 9.