ABŞ nümayəndə heyətinin üzvləri: Biz Azərbaycanı gördüksevdik

 

Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsinin rəsmi sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəvəti ilə ABŞ-ın müxtəlif ştatlarının qanunverici orqanlarını təmsil edən 50-dən artıq konqresmen, 19 senator, merlər, hazırkı və sabiq prokurorlar, səfirlər, keçmiş nazirlər, incəsənət adamları, habelə tanınmış ictimai xadimlərdən ibarət nümayəndə heyətinin mayın 24-dən başlanmış səfəri mayın 29-da uğurla başa çatmışdır. Bu səfər amerikalı qonaqlara ölkəmizi və xalqımızı daha yaxından tanımaq, zəngin tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz, milli dəyərlərimiz haqda birbaşa, vasitəçilərin iştirakı olmadan ətraflı məlumat almaq imkanı yaratmışdır.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin ilk günlərində qonaqlar Azərbaycan Respublikasının Milli Məclisində, Heydər Əliyev Fondunda, Azərbaycan Diplomatik Akademiyasında, Dillər Universitetindəki Amerika Mərkəzində olmuş, şəhər turuna çıxmış, Qala Tarix-Etnoqrafiya Qoruğuna səfər etmişlər. Sonrakı günlərdə onlar "Eurovision-2012" mahnı müsabiqəsinin finalını "Kristal Hall"da canlı olaraq izləmiş, Qobustan Dövlət Tarixi-Bədii Memarlıq QoruğunaARDNŞ-in "Ekoloji parkı"na səyahət etmiş, Azərbaycan Dövlət Tarix Muzeyində və Nobel qardaşlarının Bakıda inşa etdirdikləri "Villa Petrolea"da olmuşlar. Səfər çərçivəsində amerikalı qonaqlar "Azər-İlmə" MMC-də qədim xalçaçılıq nümunələrinə, eləcə də müasir xalçaçıların əl işlərinə tamaşa etmişlər.

Səfərin son günü amerikalı qonaqlar Azərbaycan Dövlət OperaBalet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun "Min bir gecə" baletinə baxmışlar. Azərbaycan musiqi sənətinin bu möhtəşəm nümunəsi onlarda böyük təəssürat doğurmuşdur.

Respublika Günü münasibətilə qonaqların qaldığı "Jumeirah" otelində ARDNŞ prezidenti Rövnəq Abdullayevin adından ziyafət verilmişdir. ARDNŞ prezidenti qonaqlar qarşısında çıxış edərək, Azərbaycan xalqı üçün əlamətdar bir gündə amerikalı qonaqların Bakıda olmasını yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, hələ 1918-ci ildə Azərbaycanda demokratik respublika yaradılmış, insan hüquqlarını dövlət siyasətinin prioritetləri olaraq bütün dünyaya bəyan etmiş, AmerikaAvropa ölkələrindən xeyli əvvəl qadınlara azad seçkilərdə iştirak etmək hüququ verilmişdir. Azərbaycanın demokratik ənənələrə sadiqliyini, mütərəqqi dəyərlərin daha da inkişaf etdiyini, ölkəmizin beynəlxalq birlikdə layiqli yer tutduğunu nəzərə çatdıran R.Abdullayev respublikamızın dünyada tanınmasında belə səfərlərin böyük rol oynadığını vurğulamışdır.

ABŞ-ın müxtəlif ştatlarını təmsil edən konqresmensenatorlar Azərbaycana səfərin böyük maraqla keçdiyini söyləmiş, dəvətə görə ARDNŞ prezidentinə təşəkkürlərini bildirmişlər. Qeyd olunmuşdur ki, bu səfər onların Azərbaycan haqqında təsəvvürlərini dəyişmişdir. Onlar Azərbaycanın demokratiyainsan hüquqlarına hörmət ruhunda inkişaf etdiyini yüksək qiymətləndirərək bildirmişlər ki, Azərbaycan həqiqətlərinin Amerikadünya ictimaiyyətinə çatdırılması üçün əllərindən gələni edəcəklər.

Səfər çərçivəsində Bakının görməli yerləri, tarixi abidələri, mədəniyyət mərkəzləri, sadə insanları ilə tanışlıq qonaqlarda böyük təəssürat yaratmışdır. Təsadüfi deyil ki, Florida ştatı nümayəndələr palatasının üzvü Daphne Campbell jurnalistlərə demişdir: "Azərbaycanlıların qonaqpərvərliyi bütün gözləntilərimizdən daha üstün oldu. Mən məmnuniyyətlə bir daha Azərbaycana gəlmək istərdim".

 

 

Azərbaycan.- 2012.- 31 may.- S. 9.