Dünyada baş verən
iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə
inkişaf edir
Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev demişdir.
Təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı suala cavab verən AHİK-in sədri bildirmişdir: "Bu məsələ ilə əlaqədar bizə müraciətlər olunur. Biz də lazımı qurumlara müraciətlər etmişik. Əməkhaqlarının qaldırılması ölkə prezidentinin Fərman və sərəncamlarına əsasən həyata keçirilir və dövlətimiz tərəfindən son altı ildə təhsilə böyük məbləğdə vəsait ayrılmışdır. Həm təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, həm də yeni elm ocaqlarının tikilməsi və təmiri üçün lazımi vəsait ayrılmış və xeyli iş görülmüşdür".
Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan S.Mehbalıyev qeyd etmişdir ki, dövlət büdcəsinə 600 milyon manat əlavə vəsait daxil olmuşdur. Baş verən təbii fəlakətlər və onların ağır nəticələrinin aradan qaldırılması üçün bu əlavə vəsaitdən istifadə edilmişdir.
İşçilərin əmək şəraiti haqqında da danışan AHİK-in sədri bildirmişdir ki, keçən dörd illə müqayisədə xeyli irəliləyiş olmuşdur. Xüsusilə işçilərin təhlükəsiz şəraitdə işləməsi üçün bir çox işlər görülmüşdür.
Sanatoriyalar və uşaq düşərgələri barədə
də məlumat verən S.Mehbalıyev demişdir
ki, bu istirahət yerlərində
il boyu abadlıq və
təmir işləri davam etmişdir.
Sanatoriyalar üçün
lazımi vəsait ayrılmışdır. Bazar
iqtisadiyyatına keçən ölkəmizdə uşaq düşərgələrinin AHİK-in mülkiyyətində
olmamağına baxmayaraq, komitə tərəfindən
altı minədək uşaq düşərgələrə
göndərilmişdir.
Azərbaycan.- 2012.- 31 may.- S. 10.