Azərbaycan
Respublikası Ali Məhkəməsinin növbəti Plenumu
olmuşdur
Mayın 30-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
AzərTAc xəbər verir ki, Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı haqqında Əsasnamənin, Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin döş nişanının təsvirinin və Əsasnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xatirə medalının təsvirinin və Əsasnaməsinin təsdiq edilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.
Plenumda konkret cinayət və mülki işlərə
də baxılmışdır.
Azərbaycan.- 2012.- 31 may.- S. 10.