Akademik Arif Paşayev: “Akademiyamıza
İATA-nın regional tədris mərkəzi
statusu verilməsi o
deməkdir ki, bizdə tədris beynəlxalq
səviyyədədir”
"Milli Aviasiya Akademiyasına (MAA) "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) regional tədris mərkəzi statusu verən sertifikatın təqdim edilməsi o deməkdir ki, bizdə tədris beynəlxalq səviyyədədir".
AzərTAc xəbər verir ki, bu sözləri "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə İATA-nın regional tədris mərkəzi statusunu təsdiqləyən sertifikatın MAA-ya təqdimetmə mərasimində akademiyanın rektoru, akademik Arif Paşayev bildirmişdir.
MAA-nın rektoru qeyd etmişdir ki, daha bizim
mütəxəssislərimizin başqa
ölkələrdə bu sənətə
yiyələnmələrinə ehtiyac
olmayacaqdır: "Hesab edirəm ki, bu sertifikatın bizim akademiyaya verilməsi mülki aviasiyamızda böyük
bir addımdır. Mülki
aviasiyada ən mühüm
problem təhlükəsizlikdir. Təhlükəsizlik
problemi isə çoxşaxəli işdir. Təhlükəli yüklərin
daşınması bu mənada xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə irəliləyiş
əldə etmək üçün mühüm elmi tədqiqatlar,
yüksək səviyyədə tədris lazım olur. Ona görə də
MAA qarşıya qoyulan işlərin
öhdəsindən gəlməyə hazırdır. Akademiya göstərilən bu
etimadı yüksək səviyyədə doğruldacaqdır".
Azərbaycan.- 2012.- 31 may.- S. 10.