Səfir Vladimir Doroxin: Moskva Azərbaycan kapitalının Rusiyanın
cənub bölgəsinin iqtisadiyyatına sərmayə
qoyulmasını alqışlayır
Ticari-iqtisadi münasibətlər Rusiya-Azərbaycan əlaqələrinin ən yaxşı sahəsidir.
AzərTAc xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu fikri 2011-ci ildə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı çərçivəsində ən fəal tərəfdaşlara "Proqress" mükafatının təqdim edilməsi mərasimində söyləmişdir.
Diplomat demişdir: "Bizim mükafat "Proqress"
adlanır. Həqiqətən, qeyd etməyə
çox şadam ki, bu mükafat
hər dəfə bizim münasibətlərdə
tərəqqi olmasını
təcəssüm etdirir
və sənədli şəkildə təsdiq
edir. Ümumiyyətlə,
2011-ci ilin yekunlarına
görə bu mükafatı "Triumf"
mükafatı adlandırmaq
olardı, çünki
bu il biz Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin
rekord səviyyəsinə
nail olmuşuq".
Səfir iki dövlət
arasında iqtisadiyyat sahəsində münasibətlərin
inkişafının yaxşı
səviyyədə olmasını
vurğulayaraq demişdir:
"Bizdə hər il iqtisadi əməkdaşlığın
yeni istiqamətləri
və iştirakçıları
yaranır. Azərbaycan bazarına yeni
firmalar çıxır.
Bu il Rusiya
ilk dəfə olaraq təbabət sahəsində
öz xidmətlərini
təklif edir. Regional əməkdaşlığın
inkişaf etməsi, Azərbaycanın Rusiyaya sərmayə qoyuluşunun
həcminin artması bizi çox sevindirir. Eşitdiyimə görə Azərbaycan
Rusiya iqtisadiyyatına
artıq 500 milyon dollar
sərmayə qoymuşdur.
Bu rəqəmin həqiqətə nə dərəcədə uyğun
olduğunu bilmirəm,
lakin fakt budur ki, Rusiyada
Azərbaycan kapitalı
yaranmışdır, bu
kapital ölkənin cənubunda işləyir.
Biz azərbaycanlı biznesmenlərin cəsarətini
və riskə getməyə hazır olmasını alqışlayır
və onları dəstəkləmək istəyirik".
V.Doroxin daha
sonra demişdir: "Ticari-iqtisadi münasibətlər
hamının xeyrinədir. Biznesmenlər pul
qazanır, dövlət büdcəsinə vergi
daxil olur, insanlar işləmək, sabit
əməkhaqqı almaq imkanı əldə
edirlər. Biz siyasətçilər isə,
necə deyərlər, siyasi mənfəətimizi
hesablayırıq, çünki bu, Rusiya-Azərbaycan münasibətlərinin
möhkəmlənməsinin əsasıdır".
Azərbaycan.- 2012.- 31 may.- S. 10.