Baku Creative Centerdə tanınmış fotoqraf Məhəd Musaoğlunun sərgisi açılmışdır

 

 "Baku Creative Center"də tanınmış fotoqraf Məhəd Musaoğlunun "550" adlı sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Milli Məclisin deputatı Ceyhun Osmanlı, tanınmış incəsənət xadimləri, media nümayəndələri iştirak etmişlər.

Sərginın adı haqqında məlumat verən Məhəd Musaoğlu həyatda 5-ə layiq insanlar tanıdığını, 5-ə layiq işlər gördüyünü diqqətə çatdırmış, bununla belə görülmüş işləri 0-a bərabər zənn etdiyini bildirmişdir. Bir sözlə 5+5+0 yəni "550". Fotoqraf yaxın zamanlarda xarici ölkələrdə də sərgisinin açılacağına  inamını ifadə etmişdir. 

Çıxışlarda fotosərgi haqqında xoş sözlər deyilmişdir.

Məhəd Musaoğlunun 55 fotoşəklinin nümayiş olunduğu sərgi 2 gün davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 31 may.- S. 10.