Eurovision-2012 beynəlxalq mahnı müsabiqəsi zamanı ən müasir texnologiyalardan istifadə edilmişdir

 

Azərbaycan Respublikası öz müstəqilliyi dövründə sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə çox əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu durmadan artır. Ötən il ölkəmizin "Eurovision" mahnı müsabiqəsinin qalibi olması da onun dünya miqyasında artan nüfuzundanuğurlu xarici siyasətindən xəbər verir.

Müsabiqənin şərtlərinə əsasən, Azərbaycan bu il "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edib. Azərbaycanın birinci xanımı, "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsü ilə müsabiqənin keçirilməsi üçün müvafiq tədbirlər planı böyük zövquğurla icra olunmuşdu. Müsabiqənin keçirilməsi üçün zəruri tədbirlər bütün aidiyyəti qurumlar kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən də yüksək səviyyədə həyata keçirilib.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, RİTN-in əmri ilə "Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin təşkili ilə bağlı daxili Tədbirlər Planı"na əsasən, RİTN tərəfindən aidiyyəti dövlət qurumları, telekommunikasiya operatorları və İT şirkətləri ilə birgə işlər görülmüş, xarici qonaqların məlumatlandırılması üçün  məlumat mərkəzləri yaradılmış, müsabiqə keçirilən yerin texniki hazırlığı təmin edilmiş, respublika telekommunikasiya şəbəkəsinin xidmət səviyyəsi daha da yüksəldilmiş, mobil operatorlar tərəfindən lazımi tədbirlər görülmüş, müsabiqənin yüksək səviyyədə yayımı təşkil edilmişdi.

"Ultra" şirkəti tərəfindən xüsusi platforma üzərində müsabiqənin rəsmi internet saytı "Eurovision-az" yaradılmış, saytın mühafizəsini təmin etmək üçün Almaniyanın "Giga international" şirkəti ilə müvafiq müqavilə bağlanaraq 5 beynəlxalq Data mərkəzində müvafiq videomateriallar və digər zəruri materiallar yerləşdirilmiş və dünyanın bütün ölkələrindən bu Data mərkəzlərində yerləşdirilmiş saytların izlənməsi imkanı təmin edilmişdi.

"Baku Crystal Hall" kompleksinə 3 (üç) istiqamətli dayanıqlı  optik rabitə təmin edilmiş, kompleksin daxilində, tədbiri işıqlandıran jurnalistlər üçün inşa edilən Mətbuat Mərkəzində və kompleksin ərazisində simlisimsiz genişzolaqlı internet şəbəkəsi və tələbata uyğun "İSDN" rabitəsi qurulmuşdu.

Müsabiqə ərəfəsində və müddətində respublikamıza minlərlə xarici ölkə nümayəndəsinin və turistlərin gələcəyi və bununla əlaqədar telefon  danışıqlarının artacağı nəzərə alınaraq mövcud istiqamətlərdə kanalların artırılması üçün tədbirlər görülmüş, beynəlxalq telefon danışıqlarını təmin edən alternativ rabitə sistemi yaradılmışdı.

 

Keyfiyyətli mobil rabitə xidmətləri üçün ən son texnologiyadan istifadə olunub

 

 Kompleksin daxilində və ona yaxın ərazilərdə, həmçinin ətrafdakı binalarda  yüksək və dayanıqlı mobil rabitə xidmətinin təmin edilməsi üçün quraşdırılan avadanlıqlar eyni vaxtda 30 mindən artıq abunəçiyə xidmət etmişdi. Həmçinin abunəçilərə "2G", "3G" xidmətləri də təklif edilmişdi.

 

Qüsursuz və dayanıqlı teleradio yayımı

 

Müsabiqə müddətində televiziya və radio yayımının qüsursuz və dayanıqlığını təmin etmək məqsədilə tələb olunan avadanlıqlar "Teleradio" İB tərəfindən quraşdırılmışdı. Yayımın Avropa Yayım Birliyinə (AYB) ötürülməsi üçün 4 istiqamətli alternativ rabitə təşkil edilmişdir.

Eyni zamanda, müsabiqə müddətində Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatda TV və radio yayımı təşkil edilmişdir.

Müsabiqə müddətində müxtəliftipli simsiz radiorabitə vasitələrindən dayanıqlı və kənar  maneələrsiz istifadənin təmin edilməsi üçün müvafiq radiotezliklərin ayrılması  təmin edilmişdir.

 

"Eurovision-2012"yə həsr olunmuş poçt markaları

 

Bütün bunlarla yanaşı, "Eurovision-2012" mahnı müsabiqəsi üçün xüsusi olaraq respublikamızın qədim tarixini, mədəniyyətini müasir dövrünü əks etdirən poçt markaları dəsti nəfis tərtibatlı 32 səhifəlik içlikli qutu kitabça hazırlanmışdı.

Xarici qonaqlara pulsuz dəstək göstərilməsi üçün "Bakı Telefon Rabitəsi" İB-nin nəzdində Azərbaycan, rus, ingilis, alman fransız dillərində sərbəst danışan məlumat mərkəzi yaradılmışdı.

 

Zəruri məkanların ünvanları GPS sisteminə inteqrasiya olunub

 

Ölkəmizin zəruri məkan ünvanlarının GPS sistemi ilə asan tapıla bilməsi üçün proqram təminatı hazırlanmış müsabiqənin rəsmi saytında yerləşdirilmişdi.

Bununla da Azərbaycana təşrif buyuran müsabiqə iştirakçıları, jurnalistlər tamaşaçılar tətbiq edilən ən müasir texnologiyalardan aktiv şəkildə istifadə etmişlər.

 

Yüksəksürətli internet

 

Kompleksə mətbuat mərkəzinə 2x10 Gbit/s internet 2 SDH tutumları alternativ yollarla çatdırılmışdı. Quraşdırılmış 4 PoP (orta) üzərindən trafikin paylanması, mobil operatorlara, internet xidmətlərinin "Wi-Fi" şəbəkəsinə, ofislərə digər tələb edilən nöqtələrə ötürülməsi funksiyasını yerinə yetirmişdi. Mətbuat mərkəzində  "Wi-Fi" şəbəkəsi qurularaq alternativ yollarla internet xidməti təşkil edilmişdi. Bütün bunlarla yanaşı, kompleks "Wi-Fi" şəbəkəsi ilə tam əhatə olunmuşdu.

Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin tapşırıqlarına uyğun olaraq, struktur bölmələri tərəfindən həyata keçirilən işlər nəticəsində  müsabiqə keçirilən "Kristal Arena"da hər istifadəçinin internetə qoşulma sürətinin 1 Mb/s sürət əldə etməsi şərtilə 4000 nəfərlik internet bağlantı (3000 nəfərin "Wi-Fi", 1000 nəfərin isə stasionar kompyuterdən istifadə etməsi) təmin edilmişdi.  Bundan başqa,  kompleksdə, mətbuat mərkəzində digər otaqlarda tələbata uyğun internet təşkil edilmişdi.

 

Beynəlxalq rabitənin təşkili

 

Beynəlxalq istiqamətlərdə, xüsusilə Avropa ölkələrinə beynəlxalq kanalların sayı 300 ədəddən çox artırılaraq Bakı telefon şəbəkəsindən beynəlxalq ATS-ə əlavə kanallar təşkil edilmişdi.

 

Radiotezliklər

 

Kompleksdə, mətbuat mərkəzində ətraf ərazilərdə istifadə olunan müxtəlif növ simsiz qurğuların radiotezliklərlə təmin olunması üçün "Brainpool", "Riedel Communications GmbH & Co. KG"  digər aidiyyəti  şirkətlərin tələbatına uyğun 468 ədəd müxtəlif təyinatlı radiotezliklər ayrılmış radiotezliklərdən maneəsiz istifadə  təmin edilmişdi.

Nazirliyin həyata keçirdiyi işlər nəticəsində qlobal internet şəbəkəsi ilə əlaqənin bir neçə istiqamətdə alternativliyi etibarlılığı təmin edilmişdi. Şəhər mərkəzindəki ticarət mərkəzlərində, restoranlarda s. "Wi-Fi" (genişzolaqlı kabelsiz internet) xidməti tətbiq edilmişdi. Eyni zamanda,  "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi kompleksdə yayım üçün 1 ədəd 8 Mb/s-lik sürətə malik internet kanalı təşkil edilmişdi.

Aparılan işlərin daha keyfiyyətli dayanıqlığını təmin etmək məqsədilə bütün istiqamətlərdə alternativ rabitə sistemi qurulmuşdu. Beləliklə, Avropa Yayım Birliyi Təşkilat Komitəsi tərəfindən rabitə təminatı ilə əlaqədar mütəmadi tələb olunan işlər  yüksək səviyyədə həll edilmişdi.

RİTN-in müvafiq qərarına əsasən, ölkəmiz üçün çox əhəmiyyətli olan bu beynəlxalq müsabiqənin yüksək  səviyyədə keçirilməsi məqsədilə tədbirin rabitə təminatının dayanıqlı qüsursuz olması üçün bütün imkanlar səfərbər edilmişdi. Avropanın ən populyar mədəniyyət tədbiri olan "Eurovision" mahnı müsabiqəsinin qalibi olaraq ev sahibliyi hüququ əldə edən Azərbaycanın qarşısında dayanan ən mühüm vəzifələrdən biri bu yarışmanı yüksək səviyyədə təşkil etmək idi. Ötən il birinci yeri tutmaqla dünyanın diqqətini bir daha özünə cəlb edən Azərbaycan bu dəfə müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etməklə bütün Avropaya, dünyaya təşkilatçılıq bacarığını yüksək qonaqpərvərlik ənənəsini göstərə bildi.

Son illərdə ictimai-siyasi, sosial-mədəni həyatın müxtəlif sahələrində beynəlxalq miqyaslı layihələrə uğurla imza atan Azərbaycan bu il daha bir mötəbər yarışmaya, "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməklə növbəti uğurunu da əldə etdi. "Eurovision-2012" mahnı müsabiqəsi yarışmanın 57 illik tarixinə yeni səhifə  yazdı.

 

 

Bəxtiyar ƏZİZLİ

 

Azərbaycan.- 2012.- 31 may.- S. 11.