Xalqımıza qürur bəxş edən hadisə

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Təhlükəsizlik Şurasındakı nitqi bizim müstəqillik tariximizdə böyük siyasi, strateji və mənəvi-psixoloji əhəmiyyət daşıyan bir hadisədir. Hər şeydən əvvəl, ona görə ki, 20 il ərzində Azərbaycan BMT-yə üzv ölkə kimi bu qurumla faydalı əməkdaşlıq edib. BMT Təhlükəsizlik Şurası separatizm və Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnamə qəbul edib.

2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yürüdülən uğurlu xarici siyasət nəticəsində ölkəmiz bu qurumun Təhlükəsizlik Şurasının üzvü seçildi. Bura üzv seçilmək sadə bir məsələ deyildir. Bu, Azərbaycan diplomatiyasının böyük uğuru olmaqla yanaşı, həm də dövlətimizin dünyada nüfuzunun artdığını, mövqelərinin möhkəmləndiyini, rəhbərliyinə olan inamı göstərir. Azərbaycan dövləti artıq  bu qurumda sədrliyə başladı.

BMT Təhlükəsizlik Şurasında Azərbaycan Prezidentinin çıxışı tarixi bir hadisədir. Çünki tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı BMT Təhlükəsizlik Şurasında çıxış etdi. Həm də bu çıxış təkcə dövlət - milli maraqlar baxımından deyil, dünya siyasətinə Azərbaycanın dövlət baxışının təqdim edilməsi baxımından da əhəmiyyətli idi. Azərbaycan Prezidentinin BMT Təhlükəsizlik Şurasının kürsüsündən çıxışı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün qürurverici idi. Dövlət başçısı ölkəmizin qarşılaşdığı və dünyanı təhdid edən problemlərə toxunaraq Azərbaycanın mövqeyini bildirdi. Bu,  terrorizmə, davakar separatizmə və təcavüzə  qarşı mübarizədir. Azərbaycan Ermənistanın rəsmi dövlət siyasəti səviyyəsinə qaldırdığı terror siyasətindən əziyyət çəkən, zərər görən bir ölkədir. Prezidentin bu məsələləri gündəliyə gətirməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayır.

Dövlət başçımızın beynəlxalq terrorizmə qarşı mübarizədə dünyanın qabaqcıl ölkələri ilə Azərbaycanın birlikdə hərəkət etməsini vurğulaması çox böyük tarixi əhəmiyyət daşıyır. Uzun illər, böyük dövlətlər erməni terroruterrorizm haqqında  susurdular. Amma 2001-ci il 11 sentyabrdan sonra bir çox böyük dövlətlər terrorunolduğunu  və Azərbaycanın vəzyyətini dərk etməyə başladılar.

Prezidentin çıxışını yalnız terrorizmə qarşı mübarizə ilə məhdudlaşdırmaq doğru olmazdı. Fikrimcə, BMT Təhlükəsizlik Şurasında dövlətimizin başçısının çıxışı sanki dövlət müstəqilliyimizin bərpa olunmasından ötən 20 il ərzində keçilən yola dair bir hesabat,  ölkənin inkişafı ilə bağlı yeni üfüqlər, hədəflər, strategiyalar barədə bir mesaj idi. Cənab İlham Əliyevin nitqi bir daha göstərdi ki,  Azərbaycan 20 ildə bəzi ölkələrin yüz ildə keçdiyi yolu keçib. Ərazilərinin 20 faizinin işğal altında qalmasına, 1 milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan sosial-iqtisadi, siyasi, mədənib. sahələrdə tarixi bir inkişaf yolu qət edib, güclü bir dövlətə çevrilib.

Prezident İlham Əliyevin çıxışı bir daha dünya dövlətlərinə göstərdi ki, Azərbaycan Cənubi Qafqazda tam müstəqil siyasət yeridən, heç bir dövlət və dövlətlər qrupunun arxasınca getməyən, yalnız özünün dövlət-milli maraqlarının yanında, sözü ilə işi bir  olan ləyaqətli  dövlətdir. Azərbaycan bu gün dünya dövlətlərinin böyük əksəriyyəti tərəfindən hörmətlə qarşılanan nüfuzlu bir dövlətdir.

Bütün bunların hamısı, Prezidentin yürütdüyü millətsevər siyasətlə bağlıdır. Dövlət güclüdürsə, millət də güclüdür. Dövləti güclü edən isə millətin yanında olan uzaqgörən rəhbər və onun komandasıdır. Məhz bunun sayəsində qısa müddət ərzində Azərbaycan regionun lider dövlətinə çevrilib.

Prezidentin  BMT-nin baş katibi Pan Gi Munla görüşündə Azərbaycan haqqında deyilən sözlər hər bir azərbaycanlı üçün fəxredicidir. Bu, Azərbaycanın region  dünya siyasətində oynadığı rolun böyük potensialı olduğunu göstərir.

Ümumiyyətlə, cənab İlham Əliyev tariximizdə bir çox ilklərə imza atıb. BMT Təhlükəsizlik Şurasına üzv olmağımız, bu quruma sədrlik etməyimiz və onun kürsüsündən  Prezident İlham Əliyevin tarixi əhəmiyyət daşıyan nitqi hər bir azərbaycanlının fəxr etdiyi yeni bir ilk idi.

 

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru,

professor

 

Azərbaycan.- 2012.- 15 may.- S. 5.