Bölgələrdə
zəlzələ baş vermişdir
Astara
Mayın 14-də yerli vaxtla saat 11.46-da Astaradan 17 kilometr qərbdə 12 ballıq cədvəl üzrə 4,0 bal gücündə zəlzələ olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirmişlər ki, yeraltı təkanlar zəlzələ ocağına yaxın yaşayış məntəqələrində 3,0 bala yaxın gücdə hiss olunmuşdur.
İnsan tələfatı və tikililərdə dağıntılar yoxdur.
* * *
Şəki
Mayın 14-də yerli vaxtla saat 14.58-də Şəkidən 14 kilometr qərbdə 12 ballıq cədvəl üzrə 5,0 bal gücündə zəlzələ baş vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirmişlər ki, zəlzələnin mərkəzinə yaxın məntəqələrdə yeraltı təkan 4,0-3,0 bal gücündə hiss olunmuşdur.
İnsan tələfatı yoxdur.
* * *
Mayın 14-də Şəki rayonunda ikinci zəlzələ baş vermişdir.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirmişlər ki, yerli vaxtla saat 17:56-da Şəkidən 10 kilometr qərbdə 6 kilometr dərinlikdə qeydə alınmış zəlzələ episentrdə 3,0 bal, yaxın yaşayış məntəqələrində isə 2,0 bal gücündə hiss olunmuşdur.
İnsan tələfatı yoxdur.
* * *
Mayın 14-də yerli vaxtla saat 20.51-də Şəkidən 10 kilometr qərbdə 12 ballıq cədvəl üzrə 4,0 bal gücündə növbəti zəlzələ olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzindən bildirmişlər ki, zəlzələ mərkəzinə yaxın məntəqələrdə, o cümlədən Şəki şəhərində yeraltı təkan 3 bala qədər hiss olunmuşdur.
İnsan tələfatı yoxdur.
AzərTAc
Azərbaycan.- 2012.- 15 may.- S. 6.