Erməni təbliğat
maşınına növbəti zərbə
Ermənistanın dövlət təbliğat maşınına və onun Rusiya diplomatlarından olan muzdlu vəkillərinə növbəti möhkəm zərbə vurulmuşdur.
Mayın 10-da Misirin Şarm-əl-Şeyx şəhərində keçirilmiş Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində görüşündə qəbul edilmiş sənəddə növbəti dəfə vurğulanmışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycandır. Sənəddə münaqişə tərəfi kimi "Dağlıq Qarabağ", təbii ki, xatırlanmır və xatırlana da bilməz.
Qoşulmama Hərəkatı bu cür "səhvə" Azərbaycan bu hərəkatın üzvlərinə üç vladimirin - Kazimirov, Zaxarov və Stupişinin analitik fırıldaqları ilə tanış olmağa imkan verməməsi üzündən yol vermişdir. Belə ki, vladimirlər "sübut edirlər" ki, ATƏŞ-in 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə görüşündə Dağlıq Qarabağ erməniləri statusuna görə Bakı və Yerevanla bərabər münaqişənin "üçüncü" tərəfi kimi tanınmışlar. Kazimirovlar Akopyanın "REGNUM" saytına bir-birinin ardınca yazsalar, marazmla dolu əsərlərini uydursalar da, hamısı boşuna gedir. Bu qədər ölkənin xarici işlər nazirləri onların ödənişli əməyinin bəhrəsini oxumurlar! Yəqin Azərbaycan mane olur.
Qəbul olunmuş sənəddə vurğulanır ki, münaqişə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığına aid prinsipləri əsasında nizama salınmalıdır. Sənəddə "millətlərin öz müqəddəratını müəyyən etməsi hüququ" barədə bir kəlmə də yazılmamışdır.
Qoşulmama Hərəkatının iclasında müşahidəçi ölkənin nümayəndəsi kimi iştirak etmiş Ermənistan XİN-in başçısı Edvard Nalbandyan biabır olmuş dövlətini xilas etmək istəyindən özünü saxlaya bilməmiş, lakin əvəzində mənasız çıxışı ilə ölkəsini daha çox çirkaba batırmışdır. Çirkab nədir, lap kanalizasiyaya salmışdır!!! Məsələn, o, gileylənirdi ki, sənəddə "millətlərin öz müqəddəratını müəyyən etməsi hüququ"ndan bəhs edilmir. Guya onun xatırlatması Ermənistan tərəfinə xeyir verəcəkdir. Azərbaycan özü beynəlxalq hüququn bu prinsipini dəstəkləyir və həmişə dəstəkləmişdir. Lakin həmin prinsipin ermənilərin təqdim etdiyi cəfəng izahını yox. Nalbandyanın çıxışından sonra Hərəkatın üzvü olan ölkələrin nümayəndə heyətlərinin yenə də "millətlərin öz müqəddəratını müəyyən etməsi hüququ"nu sənədə əlavə etməməsi faktı onların həmin hüququn erməni interpretasiyasını rədd etməsinin parlaq sübutudur.
Əlbəttə, erməni politoloqları və siyasətçiləri "ara, öz müqəddəratını müəyyən etmək" sözlərini tutuquşu kimi 1000 dəfə təkrar edə bilərlər, lakin bununla dünya ictimaiyyəti bu prinsipin mənasını ermənilərin təklif etdiyi kimi dəyişməyəcəkdir.
Sonra Nalbandyan solğun çıxışında gileylənmişdir ki, "Azərbaycan Hərəkata cəmi bir ildir qoşulmasına baxmayaraq, artıq təşkilatdakı üzvlüyündən möhtəkirliklə istifadə etməyə, digər üzvləri çaşdırmağa, onları dünya birliyinin mövqeyinə qarşı çevirməyə çalışır". Bu başabəla erməni diplomatı anlamır ki, onun qarşısında oturan və çıxışını dinləyən 120 dövlətin xarici işlər nazirləridir və dünya birliyini də elə onlar təmsil edirlər! Əgər Azərbaycan onları çaşdırırsa, onda iclasda iştirak edən nazirlərə və hətta çıxış etmək imkanı qazanmış Ermənistan XİN-in başçısına vəziyyəti "düzəltməyə", Azərbaycanın bu qədər dövləti "aldatması"na mane olmağa, onları Azərbaycanın dünya ölkələrinin yarısı üçün qurduğu tələyə düşməkdən çəkindirməsinə, həmin dövlətləri "haqq yolu"na çəkməsinə nə mane olur?
Həqiqətən, Nalbandyana nə mane olur? Onu dəvət etmiş,
çıxış etmək
imkanı vermişlər. Buyur, Hərəkatın üzvü
olan ölkələrin
xarici işlər nazirlərinə Bakının
"hiyləgərliyi" və "məkrliyi"
barədə danış.
Bütün bu ölkələrin
hər iki naziri (onlardan biri dünya birliyinin diqqətini Azərbaycanın "hiylələri"nə
cəlb etməyə çalışır) dinləyərək
nəticədə yekun
sənədi qəbul
etməsi faktı 20 dövlətin Məmmədyarovu
deyil, Nalbandyanı demaqoq saymasını sübuta yetirmirmi? Bəs necə olur? Nalbandyan onların gözünü "açmış",
lakin onlar yenidən Məmmədyarovun
onları "aldatması"na imkan vermişlər... Nalbandyan, bu
dəfə beynəlxalq
rüsvayçılığı nə ilə izah edəcəksiniz?
Bu dəfə "müsəlman çoxluğu"nu
bəhanə gətirə
bilməyəcəksiniz.
Ermənistanın "Yerkirmedia" nəşri
yazır ki, Azərbaycan bu dəfə Ermənistan xarici işlər nazirinin iştirakı ilə öz daxılına daha bir diplomatik qələbə əlavə
etmişdir. "Yerkirmedia"
necə də "səhv" edir. Əgər mifik "etibarlı mənbələrə"
əsaslanan digər erməni nəşrinə
- Arminforma inansaq, Şarm-əl-Şeyxdəki konfransın
iştirakçıları Azərbaycanı "pisləmişlər"
(???), bu da özlüyündə Ermənistanın
"qələbəsi"dir.
Nə olar, qonşularımıza ürəkdən
bol-bol belə "qələbələr" arzulayırıq. Nəzərinizə
çatdıraq ki, bunu tam səmimi deyirik!
AzərTAc
Azərbaycan.- 2012.- 15 may.- S. 7.