Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün mayın 15-də Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə yola düşmüşdür.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 16 may.- S. 1.