Vnukovo-2 Beynəlxalq Aeroportunda qarşılanma

 

 Xüsusi müxbirimiz xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün mayın 15-də Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.

MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Vnukovo-2 Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 16 may.- S. 1.