Avropa Komissiyası Azərbaycan üzrə
inkişaf haqqında illik
hesabatını açıqlamışdır
Mayın 15-də Avropa Komissiyası "Avropa Qonşuluq Siyasəti" çərçivəsində Azərbaycan üzrə inkişaf haqqında illik hesabatını dərc etmişdir.
AzərTAc Avropa İttifaqının (Aİ) rəsmi saytına istinadla xəbər verir ki, sənəddə 2011-ci il ərzində Azərbaycan ilə Aİ arasında əməkdaşlığın əsas məqamları və Avropa İttifaqının müxtəlif sahələrə dair tövsiyələri əksini tapmışdır.
Sənəddə vurğulanır ki, Azərbaycanın inkişafı davam edir. Ölkənin makroiqtisadi sabitliyi qorunub saxlanılmış, yoxsulluq həddi aşağı düşməkdə davam edir və iqtisadiyyat şaxələndirilir.
Hesabatda qeyd
olunur ki, ATƏT-in Minsk qrupu çərçivəsində
2011-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına dair aparılan
danışıqlar əhəmiyyətli nəticələr
verməmişdir. Təmas xəttində gərginliyin
artması fonunda vasitəçilik səyləri
atəşkəs haqqında sazişin
pozulması hallarının araşdırılmasında irəliləyişə
gətirib çıxarmışdır.
Azərbaycan.- 2012.- 16 may.- S. 1.