Azərbaycanın
beynəlxalq arenada çox
mühüm yeri
vardır
Azərbaycanın beynəlxalq arenada çox mühüm yeri vardır. AzərTAc xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin demişdir.
E.Rubin bildirmişdir ki, ABŞ-ın təyyarələri Azərbaycan üzərindən Əfqanıstana minlərlə tranzit uçuşları edir, ölkənin hava məkanından vacib yüklər daşınır.
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasının ABŞ üçün prioritet məsələlərdən
olduğunu deyən E.Rubin
vurğulamışdır ki, Birləşmiş
Ştatların rəhbərliyi bu problemin sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır.
ABŞ 20 ildir ki, davam edən bu
münaqişənin həllində ATƏT-in Minsk
qrupunun həmsədrlərinə və tərəflər
arasındakı danışıqlar prosesinə yaxından
kömək göstərmək əzmindədir. Biz inanırıq ki, sülh mümkündür
və vacibdir. İnanırıq ki, Azərbaycan hakimiyyəti bunu
istəyir. Tərəflərin istəyi və siyasi
iradəsi ilə biz indiki
qəbuledilməz status-kvodan
çıxa, regionda daha
təhlükəsiz gələcəyə doğru
gedə bilərik. Qarşıdakı illərdə bu, bizim üçün
prioritet məsələ olacaqdır.
Azərbaycan.- 2012.- 16 may.- S. 1.