İslam Əməkdaşlıq Təşkilatı
azərbaycanlı qaçqın və məcburi
köçkünlərin öz evlərinə
qayıtmasına şərait yaradılmasını tələb
edir
Mayın 11-12-də Aşqabadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) "Müsəlman dünyasında qaçqınlar" adlı nazirlər səviyyəsində keçirilmiş beynəlxalq konfransında yekun bəyannamə qəbul olunmuşdur.
Azərbayca Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Aşqabad bəyannaməsi" adlanan sənədin 9-cu bəndi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdur. Həmin bənddə vurğulanmışdır ki, İƏT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə 1038-POL saylı qətnamə qəbul edilmişdir.
Sənəddə deyilir: "Bu kontekstdə biz bir milyondan
artıq azərbaycanlı qaçqının və məcburi
köçkünün Azərbaycan
Respublikasının Dağlıq Qarabağ
regionu və ətrafındakı işğal olunmuş ərazilərdən
qovulmuş əhalinin vəziyyəti, bu humanitar problemlərin
ölçüləri və kəskinliyinə dair dərin narahatlığımızı
ifadə edirik. Biz azərbaycanlı
qaçqınların və qovulmuş əhalinin
təhlükəsizliyi, şərəf və ləyaqətləri
təmin edilməklə öz evlərinə
qayıtması üçün şərait
yaradılmasını tələb edir və
bu məqsədlə Azərbaycan hökuməti
və xalqının göstərdiyi səylərə verilən
dəstəklə tam şərikliyimizi bir daha təsdiq edirik. Bu baxımdan, biz İƏT, BMT Baş Məclisi
və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə icrasını qətiyyətlə
tələb edirik".
Azərbaycan.- 2012.- 16 may.- S. 4.