Odlar yurdu Azərbaycana xoş gəlmisiniz!

 

 Almaniyanın NDR radiosunun internet saytında Birgit Vetselin "Odlar yurdu Azərbaycana xoş gəlmisiniz! Azərbaycan "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlaşır" sərlövhəli materialı dərc olunmuşdur.  AzərTAc həmin materialı təqdim edir.

"Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanın paytaxtı Bakıya sanki yeni bir nəfəs gətirir desək, yanılmarıq. Mayın 26-da beynəlxalq mahnı müsabiqəsinin final yarışmasının iştirakçıları "Baku Crystal Hall"un səhnəsinə çıxacaqlar.

Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinə artıq start verilmişdir. Hazırda iştirakçı ölkələrin nümayəndələri məşqlər keçirirlər.

Azərbaycanın hər yerində, xüsusilə paytaxt Bakıda nikbinlik ovqatı yaşanır. Paytaxtın demək olar ki, hər bir nöqtəsində genişmiqyaslı abadlıq işləri aparılmışdır. Xüsusilə gənclər bu böyük hadisənın həyəcanlı anlarını - televiziya ilə bütün dünyaya yayımlanacaq bu böyük şounu səbirsizliklə gözləyirlər. "Eurovision-2012" mahnı müsabiqəsindən sonra da neft qaz ehtiyatları Azərbaycanın iqtisadi inkişafını irəli aparmaqda davam edəcəkdir.

Bakı şousunda Almaniyanı Roman Lob təmsil edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 16 may.- S. 7.