Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri

 

 Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmişdir

 

 Xəbər verdiyimiz kimi, mayın 15-də  Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və iclasda iştirak edən digər dövlət başçılarını qarşıladı.

İclası açan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Birliyin üzvü olan ölkələrin dövlət başçılarına dəvəti qəbul etdikləri üçün təşəkkürünü bildirdi, qeyd etdi ki, Rusiya MDB ölkələri ilə hərtərəfli əlaqələrə çox böyük önəm verir.

MDB-də sədrlik edən Türkmənistan dövlətinin başçısı Qurbanqulu Berdiməhəmmədov isə çıxışında Birlik məkanında müxtəlif sahələrdə əməkdaşlığın sürətləndirilməsinin vacibliyini vurğuladı.

İclasda MDB çərçivəsində inteqrasiya proseslərinin inkişafına dair fikir mübadiləsi aparıldı.

 

* * *

 

Sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı oldu. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak etdi. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 may.- S. 1.