Bakıda görkəmli opera müğənnisi Bülbülün abidəsi açılmışdır

 

 Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ xalq artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etmişdir.

Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri, xaricdən gəlmiş qonaqlar və müğənninin ailə üzvləri dövlət başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürdü.

Dövlət başçısı abidənin önünə gül dəstəsi qoydu və çıxış etdi.

 

 

Azərbaycan.-2012.- 1 noyabr.- S.1.