N.R.Abbasovun Azərbaycan
Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli
səfiri vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Namiq Rəşid oğlu Abbasov Azərbaycan
Respublikasının Özbəkistan Respublikasında fövqəladə
və səlahiyyətli səfiri vəzifəsindən geri
çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
31 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
1 noyabr.- S. 2.