H.R.Quliyevə fövqəladə və
səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü
bəndini rəhbər tutaraq qərara alıram:
Hüseyn Rzaqulu oğlu Quliyevə
fövqəladə və səlahiyyətli səfir diplomatik
rütbəsi verilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
31 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
1 noyabr.- S. 2.