"Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

 ¹ 252 Bakı şəhəri, 31 oktyabr 2012-ci il

 

 "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 1 noyabr.- S.2.