«Dünya Enerji Forumu 2012» çərçivəsində ikitərəfli görüşlər keçirilmişdir

 

 Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən "Dünya Enerji Forumu 2012" adlı beynəlxalq konfransda iştirak edən sənaye və energetika naziri Natiq Əliyev  Birləşmiş Ərəb Əmirliyinin vitse-prezidentiBaş naziri, Dubayın idarəçisi Mohəmməd bin Rəşid al Məktumi ilə görüşmüş, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırmışdır.

Nazirlikdən AzərTAc-a bildirilmişdir ki, Natiq Əliyev Azərbaycanda bu gün enerji infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlərdən, ölkəmizin məqsədyönlü enerji siyasətinin həyata keçirməsi və buna əyani sübut olaraq əldə etdiyimiz nailiyyətlərdən danışmış, müsəlman aləmində böyük nüfuza sahib olan və islam adət-ənənəsini qoruyub saxlayan ölkə kimi Birləşmiş Ərəb Əmirliyi ilə sıx əməkdaşlıq əlaqələrinin daim davam etdirilməsi niyyətində olduğumuzu diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.-2012.- 1 noyabr.- S.2.