Dünya Enerji Forumu işini
başa çatdırmışdır
Birləşmiş
Ərəb Əmirliyinin Dubay şəhərində
keçirilən "Dünya Enerji Forumu 2012"
adlı beynəlxalq tədbir öz işini başa
çatdırmışdır.
AzərTAc
xəbər verir ki,
Azərbaycan Respublikası sənaye və energetika
naziri Natiq Əliyevin
də iştirak etdiyi
forumda Birləşmiş Millətlər
Təşkilatının və Ərəb Liqasının təmsilçilərinin
nitqləri dinlənilmiş, dünyanın enerji
problemləri müzakirə edilmiş və
forumun yekununda Bəyannamə
imzalanmışdır.
Dünya Enerji Forumunun sədri Harold Hyun-Suk Oh
çıxışında forumun təşkilində
göstərilən dəstəyə görə təşəkkürünü
bildirərək, bu tarixi
toplantıda dünya ölkələrinin
təmsilçilərinin iştirakının
qarşılıqlı müzakirəyə səbəb olduğunu vurğulamış və bunu
gələcəkdə daha səmərəli
enerjinin əldə edilməsinə doğru bir
çağırış kimi qiymətləndirmişdir.
Tədbirin
"dəyirmi masa" ətrafında davam edən sessiyalarında enerji
ehtiyatları, xüsusilə neftin, təbii
qazın, kömürün qlobal iqtisadiyyatda vacib rolundan və bu istiqamətdə dövlətlərin
qarşısında duran məsələlərdən,
hökumətlərin bu sahəyə dəstəyinə
dair nazirlər arasında geniş
müstəvidə danışıqlar
aparılmışdır.
Forumun işində dünyanın 100-ə
yaxın dövlətinin rəsmi nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.-2012.-
1 noyabr.- S.2.