Beyləqan rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Son illərdə
Beyləqan rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər
baş vermiş, bir sıra sosial yönümlü obyektlər
istifadəyə verilmiş, mühüm infrastruktur layihələri
yerinə yetirilmiş, o cümlədən yeni yollar çəkilmiş,
əhalinin elektrik enerjisi və
təbii qazla təminatı
yaxşılaşdırılmış, geniş
abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Beyləqan şəhərində
abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda
rayon üzrə müəyyən olunmuş tədbirlərin
həyata keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Beyləqan rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsi məqsədi ilə Beyləqan Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2012-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
2 noyabr.- S.1.