«Azərbaycan Respublikasının
1999-cu il 25 iyun tarixli qanunu ilə təsdiq
edilmiş Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinin
icrasının təmin edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli
291 nömrəli fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Azərbaycan
Respublikasının 1999-cu il 25 iyun tarixli qanunu
ilə təsdiq edilmiş Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinin
icrasının təmin edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli
291 nömrəli fərmanını
"Azərbaycan Respublikasının Torpaq
Məcəlləsində dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2012-ci il
20 aprel tarixli 331-IVQD
nömrəli qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
"Azərbaycan
Respublikasının 1999-cu il 25 iyun tarixli qanunu
ilə təsdiq edilmiş Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinin
icrasının təmin edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli
291 nömrəli fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3 (I kitab), maddə 158; 2001, ¹
10, maddə 640, ¹ 12, maddə 755; 2003, ¹ 10, maddə 546; 2004, ¹
2, maddə 69; 2006, ¹ 8, maddə 660; 2007,
¹
11, maddə 1110; 2008, ¹ 3, maddə 174, ¹ 6, maddə 498; 2010, ¹ 7,
maddə 610) 1-ci hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
1. Səkkizinci bənddən
"70-ci maddəsinin 3-cü və 5-ci bəndlərində,"
sözləri çıxarılsın.
2. On üçüncü bənddən
", 70-ci maddəsinin 6-cı bəndində" sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
2 noyabr.- S.1.