«Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli fərmanını "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 331-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 486; 2000, ¹ 3 (I kitab), maddə 158; 2001, ¹ 12, maddə 755; 2003, ¹ 10, maddə 546; 2004, ¹ 4, maddə 231; 2006, ¹ 8, maddə 660; 2008, ¹ 3, maddə 174, ¹ 8, maddə 714; 2009, ¹ 4, maddə 542) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci bənddən ", 71-ci maddəsinin 1-ci bəndinin birinci (xüsusi mülkiyyətdə və icarədə olan torpaq sahələrinin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi hissəsində) və üçüncü (xüsusi mülkiyyətdə və icarədə olan torpaq sahələrinin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi hissəsində) abzaslarında və 2-ci bəndində" sözləri çıxarılsın.

2. Dördüncü bənddən ", 70-ci maddəsinin 2-ci bəndində, 71-ci maddəsinin 1-ci bəndinin birinci (əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin geri alınması hissəsində) və üçüncü (əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin geri alınması hissəsində) abzaslarında, 72-ci maddəsinin 2-ci bəndində, 84-cü maddəsinin 5-ci bəndində," sözləri çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 noyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.1.