«Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat
üzrə Dövlət Mükafatları Komissiyasının
tərkibi və Əsasnaməsinin təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 8 fevral tarixli 212 nömrəli fərmanında və
«Azərbaycan Respublikasının Dövlət Mükafatı
laureatının diplomu və fəxri döş nişanının təsvirlərinin
təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 may tarixli 892 nömrəli
sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, texnika və
memarlıq sahələrində ən yaxşı əsərləri
qiymətləndirmək məqsədi ilə qərara
alıram:
1. "Azərbaycan
Respublikasının Elm, mədəniyyət
və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyasının tərkibi və Əsasnaməsinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli
fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹
2, maddə 76) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1-ci hissədə "Elm," sözündən sonra
"texnika, memarlıq," sözləri
əlavə edilsin;
1.2. həmin fərmanla
təsdiq edilmiş "Azərbaycan
Respublikasının Elm, mədəniyyət
və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyasının tərkibi"ndə:
1.2.1.
Komissiyanın adında "Elm,"
sözündən sonra "texnika, memarlıq," sözləri əlavə
edilsin;
1.2.2.
"Komissiyanın üzvləri" bölməsində
"Respublikası Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq
təhsili və sosial problemlər"
sözləri "Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar
məsələlər" sözləri ilə əvəz edilsin;
1.3. həmin fərmanla
təsdiq edilmiş "Azərbaycan
Respublikasının Elm, mədəniyyət
və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyasının Əsasnaməsi"ndə:
1.3.1. Əsasnamənin
adında "Elm," sözündən sonra "texnika,
memarlıq," sözləri əlavə edilsin;
1.3.2.
1-ci hissədə "Elm,"
sözündən sonra "texnika, memarlıq," sözləri əlavə
edilsin, "elm, mədəniyyət
və ədəbiyyat sahələrində ən yaxşı əsərləri"
sözləri "elm, texnika,
memarlıq, mədəniyyət və ədəbiyyat sahələrində
ən dəyərli əsərləri (işləri, layihələri)"
sözləri ilə əvəz edilsin;
1.3.3. 4.1-ci bənddə "elm," sözündən sonra
"texnika, memarlıq," sözləri
əlavə edilsin;
1.3.4. 7-ci hissədə "Elm, mədəniyyət və ədəbiyyat
üzrə 3 (üç)" sözləri
"Elm, texnika,
memarlıq, mədəniyyət və ədəbiyyat üzrə
5 (beş)" sözləri ilə əvəz
edilsin;
1.3.5. 8-ci hissədə "elmin," sözündən sonra
"texnikanın, memarlığın," sözləri əlavə
edilsin, "təşkil edən"
sözləri "verən" sözü
ilə əvəz edilsin;
1.3.6. 9-cu hissədən
"(işlər)" sözü
çıxarılsın, "oluna bilər"
sözləri "olunur" sözü ilə əvəz edilsin;
1.3.7. 10-cu hissədə
"edilə bilər" sözləri "edilir"
sözü ilə əvəz edilsin;
1.3.8. 16-cı
hissədə:
1.3.8.1. birinci abzasda "Elm" sözündən sonra
", texnika, memarlıq" sözləri
əlavə edilsin;
1.3.8.2. ikinci abzasda "İncəsənət"
sözü "Mədəniyyət" sözü ilə, "oluna
bilər" sözləri "olunur"
sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 8 may tarixli 892 nömrəli sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 416) ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının
Dövlət Mükafatı laureatının diplomunun təsviri"nə
əlavə olunmuş Azərbaycan Respublikasının
Dövlət Mükafatı laureatı diplomunun
dördüncü səhifəsinin eskizində "Elm,"
sözündən sonra "texnika, memarlıq," sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
2 noyabr.- S.1.