«Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli
386 nömrəli fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli
386 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Məşğulluq Xidməti
haqqında Əsasnamə"ni "Sosial
sığorta haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 208-IVQD nömrəli qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli
386 nömrəli fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 90, ¹ 7, maddə 625, ¹
11, maddə 996; Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 701 nömrəli
fərmanı) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Məşğulluq Xidməti
haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.1.3-cü yarımbənd
aşağıdakı redaksiyada verilsin:
"2.1.3. qanuna uyğun olaraq, işsizlik müavinətinin
təyin olunmasını təmin edir və
ödənilməsini təşkil edir;".
2. 3.1.4-cü yarımbənddən
"proqramlarda nəzərdə tutulmuş" sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
2 noyabr.- S.2.