Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli
fərmanı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının Dövlət Sosial
Müdafiə Fondu haqqında Əsasnamə»də
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli
781 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Dövlət Sosial
Müdafiə Fondu haqqında Əsasnamə"ni
"Sosial sığorta haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2011-ci il 30 sentyabr tarixli 208-IVQD nömrəli qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 31 avqust tarixli 781 nömrəli fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 8, maddə 501;
2003, ¹ 8, maddə 437; 2004, ¹ 12, maddə 994; 2005, ¹ 9, maddə
800; 2006, ¹ 12, maddə 1046; 2007, ¹ 2, maddə 97, ¹ 4, maddə
325; 2008, ¹ 2, maddə 51, ¹ 3, maddə 187, ¹ 11, maddə 970, 2009,
¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85, ¹ 3, maddə 181) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondu haqqında Əsasnamə"nin
8.6.8-ci yarımbəndindən "müvafiq Dövlət
Proqramına uyğun olaraq" sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
2 noyabr.- S.2.