«Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli fərmanını "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 335-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 629) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddə "24.5-ci, 31.2-ci" sözləri "24.5-ci maddələrində, 28.4-5-ci maddəsində birinci halda" sözləri ilə əvəz edilsin.

2. 2.3-cü bəndə "51.3-cü maddəsində" sözlərindən sonra "və 28.4-5-ci maddəsində ikinci halda" sözləri əlavə edilsin.

3. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

"həmin məcəllənin 28.4-5-ci maddəsində ikinci halda nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 noyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.2.