«Azərbaycan Respublikası Mənzil
Məcəlləsinin icrasının təmin edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 24 may tarixli 272 nömrəli fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikası Mənzil
Məcəlləsinin icrasının təmin edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 24 may tarixli 272 nömrəli fərmanını
"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində
dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2012-ci il 20 aprel tarixli 335-IVQD nömrəli
qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alıram:
"Azərbaycan Respublikası Mənzil
Məcəlləsinin icrasının təmin edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 272
nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 401)
1.10-cu bəndində "28.3-cü" sözlərindən
sonra ", 28.4-5-ci" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
2 noyabr.- S.2.