«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli fərmanını "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 242-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 11, maddə 666; 2001, ¹ 7, maddə 459; 2003, ¹ 10, maddələr 546, 571; 2004, ¹ 8, maddə 617, ¹ 12, maddə 1005; 2006, ¹ 9, maddə 743; 2008, ¹ 8, maddə 719; 2009, ¹ 4, maddə 226, ¹ 8, maddə 630; 2010, ¹ 7, maddə 606; 2011, ¹ 6, maddə 510) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Üçüncü abzasdan "və 3-cü hissəsində" sözləri çıxarılsın.

2. Dördüncü abzas üzrə:

2.1. "27-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində, 7-ci, 10-cu, 11-ci, 12-ci və 16-cı hissələrində, 29-cu maddəsinin 3-cü hissəsində" sözləri "27-ci maddəsinin II hissəsinin 1-ci bəndində, VII, X, XI və XII hissələrində, XIII-I hissəsinin ikinci cümləsində (ikinci halda) və üçüncü cümləsində, XVI hissəsində, 28-ci maddəsinin IV hissəsinin ikinci cümləsində, 29-cu maddəsinin II-I hissəsinin birinci cümləsində, III hissəsinin üçüncü cümləsində, IV hissəsinin birinci cümləsində və V hissəsinin birinci cümləsində" sözləri ilə əvəz edilsin;

2.2. "35-ci maddəsinin 2-ci hissəsinin birinci abzasında və 2-ci bəndində, 3-cü və 4-cü hissələrində" sözləri "33-cü maddəsinin III hissəsində (ikinci halda), 35-ci maddəsinin II hissəsinin birinci abzasında, III hissəsinin birinci cümləsində və IV hissəsinin 3-cü bəndində" sözləri ilə əvəz edilsin.

3. On birinci abzasda "33-cü maddəsinin 3-cü və 6-cı hissələrində" sözləri "33-cü maddəsinin III hissəsində (birinci halda) və VI hissəsində" sözləri ilə əvəz edilsin.

4. İyirmi səkkizinci abzasa "həmin qanunun" sözlərindən sonra "27-ci maddəsinin XIII-I hissəsinin birinci cümləsində və ikinci cümləsində (birinci halda)," sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 noyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.2.