"Azərbaycan Respublikasında dövlət enerji nəzarəti (elektrik  və istilik üzrə) haqqında Əsasnamə"nin təsdiq edilməsi, Azərbaycan Respublikasının Sənaye və  Energetika Nazirliyinin "Dövlət Enerji nəzarət" İdarəsinin işçilərinin say tərkibinin və vəzifə maaşlarının müəyyənləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 iyul tarixli 117 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 255 Bakı şəhəri, 31 oktyabr 2012-ci il

 

"Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli fərmanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 597 nömrəli fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 "Azərbaycan Respublikasında dövlət enerji nəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə"nin təsdiq edilməsi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin "Dövlət Enerji nəzarət" İdarəsinin işçilərinin say tərkibinin və vəzifə maaşlarının müəyyənləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 iyul tarixli 117 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 7, maddə 454; 2005, ¹ 1, maddə 52; 2006, ¹ 7, maddə 647) 1-ci hissəsi ləğv edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.2.