Naxçıvan MR-də
quşçuluq intensiv
inkişaf edən sahədir
Prezidentin fərman
və sərəncamlarından irəli gələn vəzifələrin,
həmçinin regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası çərçivəsində
Naxçıvan Muxtar Respublikasında
çoxsaylı tədbirlər həyata keçirilir.
Nəticədə ölkəmizin bütün regionları kimi,
Naxçıvan iqtisadi rayonu
da sürətlə inkişaf
edir, istehsalın diversifikasiyası, yəni,
iqtsadiyyatın çoxşaxəliliyi təmin olunur, yeni istehsal
sahələri yaradılır, mövcud
sahələr dövrün tələblərinə
uyğun yenidən qurulur.
Belə sahələrdən
biri də quşçuluqdur.
Məlumdur ki, hələ qədimdən quşçuluq ev təsərrüfatlarında
mövcud olmuş,
yalnız sonralar kənd təsərrüfatının
müstəqil sahəsi kimi
formalaşmış və inkişaf etmişdir. Naxçıvanda da
bu sahə analoji inkişaf yolunu keçmişdir. Bununla
belə, müasir dövrdə
Naxçıvan MR-də quşçuluğun
dirçəliş dövrü 1995-ci ildən
başlamışdır.
Bu gün regionda quşçuluğun
əhalinin daxili istehsal
hesabına quş əti və yumurta ilə təminatında xüsusi
payı var. Muxtar respublikada ev
təsərrüfatlarında və kiçik
sahikbarlıq subyektlərində
toyuq əti və yumurta
istehsalını artırmaq məqsədilə görülən
tədbirlərlə yanaşı, müasir
quşçuluq fabrikləri
yaradılır, köhnələri dövlət tərəfindən
verilən güzəştli kreditlər hesabına yenidən
qurulur.
Yeri gəlmişkən, quşçuluğun toyuq,
ördək, hindquşu, qaz
kimi sahələrinin yaşı çox qədimdir. Bu gün
də muxtar respublikada
sahənin cins tərkibinin
yaxşılaşdırılmasına xüsusi
qayğı və diqqət yetirilir və
bu istiqamətdə görülən tədbirlər
intensiv xarakter
daşıyır. Ümumiyyətlə, Naxçıvan MR-də
quşçuluğun inkişafına xüsusi münasibət və qayğı var. Hətta ev təsərrüfatlarında çoxnövlü quş
sürüləri mövcuddur və əhali
onlardan həm böyük
fayda götürür,
öz tətəbatını ödəyir,
həm də bölgənin quş əti
və yumurtaya olan tələbatının
ödənilməsində iştirak edir. Onu da deyək ki, muxtar respublikada əhalinin
ərzağa olan tələbatının
yerli istehsal
hesabına ödənilməsində quşçuluq
məhsullarının xüsusi çəkisi
kifayət qədər yüksəkdir. Naxçıvanda elə
fərdi təsərrüfat yoxdur ki, orada quşçuluğun
ən azı 2-3 növü inkişaf etdirilməsin, daha
doğrusu, onun çox növlüyü
təmin olunmasın. Eyni zamanda, həmin təsərrüfat
sahibləri cavan quşların
yetişdirilməsi, bəslənilməsi texnologiyasına yiyələnir,
onu bacarıqla tətbiq edərək təkmilləşdirirlər
ki, bu da
nəticədə kiçik quşçuluq təsərrüfatlarının
faydalığının müntəzəm artmasına
səbəb olur.
Araşdırmalar
və aparılan təhlillərə görə, 2011-ci ildə
Naxçıvan MR-də istehsal olunmuş quşçuluq
məhsullarının 85,1 faizi ailə, kəndli
və ev təsərrüfatlarının
payına düşmüşdür. Muxtar respublikada son 15 ildə 26 quşçuluq
təsərrüfatı fəaliyyətə
başlamış, 2 quşçuluq təsərrüfatı
yaradılmışdır. Təkcə 2011-ci
ildə quşçuluq sahəsində 11
yeni təsərrüfat fəaliyyətə
başlamış, 7 təsərrüfatın
yaradılması istiqamətində işlər davam etdirilmiş, istehsal gücü 3 ton olan qarışıq
qüvvəli yem istehsalı müəssisələri
istifadəyə verilmişdir ki, bu da
quşçuluğun
və bütünlükdə heyvandarlığın
inkişafını sürətləndirmişdir.
Sözügedən sahənin inkişafı ilə
bağlı tədbirlər bundan əvvəlki
illərdə də həyata keçirilmişdir.
Məsələn, 2009-cu ildə quşçuluq
üzrə 16 təsərrüfat subyekti
fəaliyyətə başlamış, ətlik və yumurta istiqamətində 8 təsərrüfatın
yaradılması başa
çatmışdır. Həmin il əvvəlki
ilə nisbətən ev təsərrüfatlarında
quşların sayı 20,6 faiz artaraq 828 min başdan çox olmuşdur. Nəticədə
muxtar respublikada kəndli-fermer və ev təsərrüfatlarında quşların
sayı 1 milyonu keçmişdir.
Bu gün muxtar respublikanın 207 kəndi ilə
yanaşı, qəsəbələrindəki ev
təsərrüfatlarında da əhali quşçuluqla məşğul olur və bu sahədən
yüksək fayda əldə edir.
Ümumilikdə
quşçuluğa marağın
artması həm də bu sahənin səmərəli
kreditləşdirilməsi ilə əlaqədardır.
Yalnız 2007-2011-ci illər ərzində quşçuluğun
inkişafı üçün təsərrüfat
subyektlərinə bank və kredit təşkilatları tərəfindən
3 milyon manat vəsait
ayrılmışdır. Bu vəsait hesabına ötən 5 il
ərzində ətlik və yumurtalıq istiqamətində
Naxçıvan şəhəri və Şərur rayonunun hər birində 7, Babək rayonunda 8, Ordubad rayonunda 1, Culfa rayonunda 4, Kəngərli və Şahbuz
rayonlarının hər birində 3 yeni quşçuluq təsərrüfatı
yaradılmışdır. Məhz bunun nəticəsidir ki,
ötən ilin sonuna muxtar respublikada
quşların sayı bir il
öncəyə nisbətən 41 min baş və ya 4,7 faiz artaraq 943,7 min baş olmuş,
2723,9 ton (2010-cu illə müqayisədə
5 faiz çox) quş əti istehsal olunmuşdur. Yumurta
istehsalı isə 2010-cu illə müqayisədə 4 milyon 72 min ədəd və
yaxud 6,3 faiz artaraq 68 milyon 230 min ədədə çatmışdır. Həmin
məhsulların 85,1 faizi ailə, kəndli
və ev təsərrüfatlarının
payına düşmüşdür.
Bununla belə, Naxçıvan MR-də,
eləcə də ölkəmizdə quşçuluq sahəsinin
daha intensiv inkişafı üçün bəzi təkliflərimizi
vermək istərdik. İlk növbədə, təsərrüfatlarda
quşların tədricən və imkan daxilində cins
quşlarla əvəzlənməsi və bu zaman yeni üsul və
texnologiyanın tətbiqi və istifadəsinə önəm
verilməlidir. Eyni zamanda, toyuqlarla yanaşı, ördək,
hind quşu və qaz əti istehsalının
artırılması üçün damazlıq sürülərin
yaradılmasına qayğı göstərilməli,
onların tüklərinin tədarük edilməsi yoluna
qoyulmalıdır. Bütün bu və digər vacib tədbirlər
quşçuluğun daha sürətlə inkişafına əsaslı
səbəb ola bilər.
Asif ŞİRƏLİYEV,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.-2012.-
2 noyabr.- S.9.